Məhkəmə qərarları › İş №3(002)-440/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-440/2021

08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-440/2021 08.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X2 nümayəndəsi X3 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx xxxx 2021-ci il tarixli protokoldan aydın olur ki, Şəxs MMC tərəfindən Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağından müvafiq icazə sənədi olmadan faydalı qazıntı hasil olunmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X2 nümayəndəsi X4 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, agentliyin ekspertiza və təhlil şöbəsinin baş mütəxəssisi Yusif Yusifov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ nəzarət idarəsinin əməkdaşları olan vergi xidməti müşaviri Adil Həsənov, Azad Mirzəyev və 2-ci dərəcəli dövlət vergi müfəttişi Qoşqar Hacıəliyev tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Şəxs MMC-yə məxsus “Şahqaya” əhəngdaşı yatağında dağ-mədən fəaliyyətinin yoxlanılması məqsədilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-yə xx xxx 2015-ci il tarixli 00905 nömrəli, “Dağ-mədən ayırması” aktı ilə 10 ha sahə 5 il müddətinə ayrılmışdır. Əraziyə baxış zamanı iki ayrı sahədə, 1-ci sahədə 2,1 ha, orta istismar dərinliyi 3,6 metr olmaqla 75600 kubmetr, 2-ci sahə 1,66 ha, orta istismar dərinliyi 3,3 metr olmaqla 54780 kubmetr həcmində əhəngdaşı hasilatı aparıldığı müəyyən olunmuşdur. Markşeyder planındakı koordinatlara əsasən kənaraçıxma halları müəyyən edilə bilinməmişdir. Mərz nişanları müşahidə olunmamışdır. Əraziyə baxış zamanı 3 ədəd daşkəsən kombayn, 1 ədəd konzl 50 yükləyici, 1 ədəd qaldırıcı kran, 1 ədəd traktor müşahidə edilmişdir. Nəticə olaraq Şəxs MMC tərəfindən yerin təkindən istifadəyə icazə verən “Dağ-mədən ayırması” aktının qüvvədə olma müddətinin xx xxx 2020-ci il tarixdə bitməsinə baxmayaraq, fəaliyyət göstərilməklə «Yerin təki haqqında» Qanunun 9, 10, 21 və 46-cı maddələrinin tələblərinin pozulduğu aşkar olunduğundan bu barədə xx xxxxxx 2020-ci il tarixli, 000068 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında isə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada təkrarən bildiriş və “sms” göndərilsə də, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC-yə məxsus Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” əhəngdaşı yatağında müvafiq icazə sənədi olmadan yerin təkindən istifadə olunaraq faydalı qazıntı hasil olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş MN seriyalı ******* nömrəli, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, protokolun tərtibi zamanı Şəxs MMC-nin qanuni təmsilçisi X7 şəxsən iştirak etmiş və izahatında “dağ-mədən ayırması”nın müddətinin bitməsinə baxmayaraq fəaliyyət göstərdiyini bildirmişdir. Eləcə də iş materiallarına əlavə edilmiş X5 xx xxxx 2021-ci il tarixli izahatından aydın olur ki, o, tərtib edilmiş aktla tanış olduğunu və “dağ-mədən ayırması” müddətinin xx xxx 2020-ci il tarixdə bitdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs MMC tərəfindən ilk dəfə inzibati xətanın törədilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yüngülləşdirici halı nəzərə alıb hesab edir ki, Şəxs MMC-nin barəsində İXM-nin 228-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar