Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-441/2022 19.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nın YNH baş inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 10 iyun 1959-cu ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 4-cü massiv, ev 1-də yaşayan Şəxs barədə, Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 14 mart 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, 24 fevral 2022-ci il tarixdə, təxminən 08:20 radələrində vətəndaş Şəxs idarə etdiyi “VAZ 21043” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Sədərək” TM-dən gələrək ikinci dərəcəli yoldan baş yola çıxdığı zaman Lökbatan-Xocahəsən yolunda hərəkətdə olan X5 etibarnammə əsasında idarə etdiyi 21074 markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən onun hərəkət zolağına çıxmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində VAZ 21074 markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X9 yüngül dərəcəli bədən xəsarəti almışdır. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis mayoru X13 tərəfindən qəbul edilmiş 09 mart 2022ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, “VAZ 21034” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs İXM-in 327.8-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin DYPŞ-na göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YNH baş inspektoru, polis leytenantı X3 öz izahatında tərtib etdiyi protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, 1995-ci ildən bəri sürücülük təcrübəsi var, “B” dərəcli sürücülük vəsiqəsinə malikdir, 24 fevral 2022-ci il tarixdə, saat təxminən 08:20 radələrində özünə məxsus idarə etdiyi VAZ 21043 markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobillə “Sədərək” TM-dən çıxırmış, çıxışda, yəni ikinci dərəcəli yolda avtomobili saxlayıb Lökbatan-Xocahəsən yolu ilə hərəkətdə olan bir neçə avtomobilə keçid üstünlüyü vermiş, bu zaman bir sərnişin avtobusunun sərnişin düşürməsi səbəbindən Lökbatan istiqamətində gələn avtomobilləri yaxşı görməmişdir. Uzaqdan iki avtomobilin Sədərək TM-ə döbmək üçün sağa dönmə işıqlarını yandırdığını görmüş, yolun boş olduğunu düşünüb baş yola çıxmışdır. Bu zaman ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qanadına idarə etdiyi avtomobilin ön sol tərəfi çırpılmışdır. Zərbənin təsirindən həmin avtomobil bardura dəymiş, onun avtomobili isə sol tərəfi üstə aşmışdır. O, öz izahatında hadisədən əvvəl heç bir spirtli içki qəbul etmədiyini bildirmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, hadisə nəticəsində digər avtomobildə sərnişin Qalib adlı vətəndaşın alnı qanamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkən şəxslər X7 və X6 məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrnin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaaydalarına əlavə 24 fevral 2022-ci il tarixli, 2/6886 nömrəli tibbi müayinə aktından aydın olur ki, Şəxs 24 fevral 2022-ci il tarixdə, saat 11:30 radələrində tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaaydalarına əlavə 24 fevral 2022-ci il tarixli, 2/6884 nömrəli tibbi müayinə aktından aydın olur ki, X8 24 fevral 2022-ci il tarixdə, saat 11:42 radələrində tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X11” Publik hüquqi şəxsin Qaradağ rayon şöbəsindən daxil olmuş 24 yanvar 2022-ci il tarixli, 50 saylı ekspert rəyindən görünür ki, X2 bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X11” Publik hüquqi şəxsin Qaradağ rayon şöbəsindən daxil olmuş 07 mart 2022-ci il tarixli, 138 saylı ekspert rəyindən görünür ki, X4 aldığı xəsarətlər; qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sağ alın təpə nahiyəsinin əzilmiş yarası, sağ əlin dördüncü və beçinci barmaqlarının, sol baldırın sıyrıqları, və sağ ayağın qançırı bər küt əşya (əşyalar) təsirindən qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X18 müraciət etdiyi 24 fevral 2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. X4 almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasılarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilərdilər. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də zərərçəkmiş şəxslərin hal-hazırda hər hansı bir şikayətləri barədə məlumatın olmamasının nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-441/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-441/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver