Məhkəmə qərarları › İş №3(002)-445/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-445/2021

17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-445/2021 17.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nin polis sahə inspektoru X4, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Şəxs iştirakları ilə, Şəxs barədə Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nin polis sahə inspektoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib edilrək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* saylı inzibati protokoldan aydın olur ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 22:00 radələrində X1 158 manat dəyərində şabalıdı oğurlamışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 22:30-da inzibati qaydada tutulmuş, xx xxxx 2021-ci il tarixdə saat 10:30-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Fuad Quliyev tərəfindən qəbul edilmiş xx xxxx 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, X3 məxsus 30 kq çəkidə olan 158 manat dəyərində 1 kisə şabalıdı xx xxxx 2021-ci il tarixdə saat 22:00 radələrində “Meyvəli” Ticarət Mərkəzində Şəxs tərəfindən oğurlanmışdır. Odur ki, X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nin polis sahə inspektoru X5 öz izahatında protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında göstərmişdir ki, xx xxxx 2021-ci il tarixdə Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzinə gəlmiş, Ticarət Mərkəzində 3-a deyilən yerdən keçən zaman görmüşdür ki, 1 kisə şabalıd yerə qoyulub və yanında heç kim yoxdur. Həmin kisəni içərisində olan 30 kq şabalıd ilə götürüb bazardan çıxmış və bazarın çıxış qapısını keçdikdən sonra tanımadığı bir şəxsə həmin 30 kq şabalıdı 50 manata satıb həmin pulu özünün şəxsi istifadəsi üçün xərcləmişdir. O daha sonra öz izahatında bildirmişdir ki, birinci dəfədir ki, belə bir əməl törədir və səmimi peşmançılıq çəkir. Bundan əlavə, polis əməkdaşları tərəfindən ona vurduğu ziyanı ödəyəcəyi təqdirdə işə xitam veriləcəyi barədə heç nə deyilməmiş və o, hal-hazırda vurduğu ziyanı ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və işə baxılması mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə qaytarılmalıdır. Belə ki, inzibati icraat zamanı iş üzrə zərərçəkmiş şəxs polis bölməsinə dəvət edilməmiş, onun inzibati xəta törətmiş şəxsə qarşı şikayətinin olub-olmaması barədə ərizəsi alınmamış və eləcə də vurulmuş ziyanın ödənilməsi üçün inzibati xəta törədən şəxsə hər hansı bir şərait yaradılmamışdır ki, bununla da İXM-nin 39.2-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsində göstərir ki, Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Bütün bu yuxarıda gösətrilənlər ona əsas verir ki, qeyd olunan iş üzrə toplanmış inzibati material baxılmadan geri qaytarılmalıdır. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nin polis sahə inspektoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən tərtib edilmiş inzibati protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Barəsində inzibati protokol tərtib edilmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar