Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-447/2022 06.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 19 aprel 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (deməsinə görə himayəsində dörd azyaşlı uşağı olan), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş MN ******* saylı 06 aprel 2022-ci il tarixli inzibati protokoldan aydın olur ki, vətəndaş X2 06 aprel 2022-ci il tarixdə saat 11:00 radələrində 28 may küçəsində polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, ƏÇPA-nın 10-cu PB-nin polis əməkdaşları X6, Sarıyev Namiq Nadir oğlu və X1 06 aprel 2022-ci il tarixdə, saat 11:00 radələrində 9692 saylı çağırışla Lökbatan qəsəbəsi, 28 may küçəsində xidmət apararkən bir nəfər taksi sürücüsünün müəyyən olunmamuş yerdə, avtobus dayanacağında dayanmasına maneə olduğu üçün irad bildirmişlər, amma həmin şəxs nalayiq ifadələrlə maşını çəkməyəcəyini bildirmiş, nümayişkaranə şəkildə qışqıraraq nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsin 10-cu PB-ya gətirilməsini təmin etmiş, bölmədə həmin vətəndaşın Şəxs olduğu müəyyən olunmuşdur. Hazırda da protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs barəsində tərtib olunmuş prtokolu qəbul etməyərək izahatında göstərmişdir ki, 06 aprel 2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Lökabatn qəsəbəsi, 28 may küçəsində taksi fəaliyyətlə məşğul olurmuş. Bu zaman ona ÇPA əməkdaşları yaxınlaşaraq qadağan olunmuş yerdə avtomobili saxladığını bildirmişlər. O avtomaşına əyləşərək əsəbiləşdiyi üçün avtomobili bərk sürərək başqa yerdə saxlamışdır. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq onu polis bölməsinə aparmışlar. O, polislərə qarşı heç bir nalayiq ifadələr işlətməmiş və hər hansı bir hərəkətlər törətməmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, dörd azyaşlı uşağı olmaqla ailənin yeganə qazanc gətirən şəxsidir. Bundan başqa törətdiyi əməlindən peşimandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanın konkret nədən ibarət olduğu öz təsdiqini tapmamış və bu barədə məhkəmə heç bir sübut təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edildiyindən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-447/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-447/2022
06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver