Məhkəmə qərarları › İş №3(002)-448/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-448/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-448/2022 05.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri, Qaradağ RPİ-nin DYPŞ-nın 30 mart 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayonu, Nügədi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan X3 şikayətlə Qaradağ rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən tərtib edilmiş 30 mart 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Qaradağ RPİ-nin DYPŞ-nın yol patrul xidməti baş inspektoru, polis leytenantı X5 tərəfindən tərtib edilmiş 12 fevral 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 30 mart 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 12 fevral 2022ci il tarixdə, saat 17:47 radələrində ünvan 3 ünvanında “Hyundai Sonata” minik markalı ** TG *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avandanlığı dəyişdirməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozaraq 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında şikayətini onunla əsaslandırmışdır ki, 12 fevral 2022-ci il tarixdə yazılan İXP 449670 nömrəli protokolu YPX əməkdaşı qanuna zidd olaraq avtomobilində əlavə avadanlıq quraşdırmadığı halda əlavə avadanlıq quraşdırdığını əsas gətirərək və yerində yazmalı olduğu halda bunu etməyərək onun barəsində əsassız protokol tərtib etmişdir. Bu protokoldan o dəfələrlə şikayət etmiş və 29 mart 2022-ci ildə Qaradağ RPİ-nin DYPŞ-na dəvət almışdır. O həmin orqanda olarkən ona şikayəti ilə əlqədar hər hansı bir dəlil və ya sübut gətirilməmiş, lakin buna baxmayaraq 30 mart 2022-ci ildə barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Odur ki, yuxarıda qeyd etdikləri nəzərə alınaraq barəsində tərtib edilmiş 30 mart 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti, iş materiallarını və şikayət verən şəxsin izahatını dinləyərək hesab edir ki, Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nın polis polkovnik leytenantı X4 tərəfindən tərtib edilmiş 30 mart 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Qaradağ RPİ-nin DYPŞ-na geri qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı Qaradağ RPİ-nin DYPŞ əməkdaşı məhkəmə iclasında iştirak etməmiş və X2 göstərdiyi halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 12 fevral 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola İXM-nin 100-cü və 101-ci maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş fiziki şəxs X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilibedilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa iş materiallarından aydın olur ki, X3 tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta 12 fevral 2022-ci ildə baş versə də, şəxs barəsində inzibati xəta haqqında qərar hansısa naməlum səbəbdən inzibati xətalar haqqında qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla protokolun tərtibindən bir ay on səkkiz gün keçdikdən sonra tərtib olunmuşdur. Həmin Məcəllənin 101.1-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X3 barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Bakı şəhəri, Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən tərtib edilmiş 30 mart 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılıb baxılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-na geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar