Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-449/2021 08.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, X4 Xidmətinin Hüquq şöbəsinin Hüquqi təminat sektorunun baş məsləhətçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qobustan şəhərində yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X4 Xidmətindən daxil olmuş inzibati materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş xx xxxx 2018-ci il tarixli 002681 saylı inzibati protokoldan aydın olmuşdur ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X4 Xidmətinin əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixdə, saat 08:00 radələrində Qaradağ rayonu, Lökbatan dairəsi ətrafında xidməti vəzifələrini yerinə yetirdikləri zaman “Ford Transit” minik markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobillə daşımalarını yerinə yetirmiş Şəxs X4 Xidmətinin əməkdaşlarına qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 552-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra Şəxs qərardan narazı qalaraq apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-398/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X4 Xidmətinin Hüquq şöbəsinin Hüquqi təminat sektorunun baş məsləhərçisi X3 öz izhatında protokolu müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, qeyd olunan avtomobil onun nə mülkiyyətində, nə də istifadəsində olmamışdır. Məhkəmə iş materiallarını, inzibati protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli 002681 saylı inzibati protokolun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X4 Xidmətin aparıcı məsləhətçisi tərəfindən tərtib olunması müəyyən edilsə də, onun həmin protokolu tərtib etmə səlahiyyətinə dair iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Bundan başqa iş materiallarında Şəxs həqiqətəndə qeyd olunan inzibati xətanın törətməsinə dair hər hansı bir sübut da mövcud deyildir. Bundan başqa iş materiallarına əlavə edilmiş fotoşəkildən də “Ford Tranzit” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan və həmin nəqliyyat vasitəsini idarə edən şəxsi müəyyən etmək mümkün deyildir. Ona görə də məhkəmə bu halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll etməklə inzibati xəta tərkibi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-449/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-449/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver