Məhkəmə qərarları › İş №3(002)-450/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-450/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-450/2023 20.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Salyan rayonu Xıdırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, Xıdırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 31 yanvar 2023-cü il tarixdə saat 16.30 radələrində Bakı Qazax yolunun 47.5 km-də 719 saylı postda “Shacman SX331” yük markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və onun avtomobili nəqliyyat vasitəsini təkrarən icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini pozaraq idarə etmişdir. Qeyd edilənlərlə bağlı Şəxs barəsində Baş X4 İdarəsinin 6-cı Tağımının yol patrul xidməti inspektoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə İXP ******* saylı 02 mart 2023-cü il tarixli inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında məlumatlandırılmış Baş X4 İdarəsinin 6-cı Tağımının yol patrul xidməti nspektoru X2 məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə uyğun olaraq işə Azərbaycan Respublikası Baş X4 İdarəsinin 6-cı Tağımının yol patrul xidməti nspektoru X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, sürücü işləyir. O, müxtəlif şirkətlərdən tikinti materiallarını götürərərək təyinatı üzrə yerlərə çatdırır. 31 yanvar 2023-cü il tarixdə o, idarə etdiyi “Shacman SX331” yük markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomaşınla “Qarabağ-And” şirkətinə getmiş və onun idarə etdiyi avtomobilə çınqıl yükləndikdən sonra yola çıxmışdır. Bakı Qazax yolunda hərəkətdə olarkən yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və tərəziyə aparılmışdır. Tərəziyə çıxarıldıqdan sonra ona bildirilmişdir ki, o, nəzərdə tutulmuş çəkidən artıq yük daşıyır. O, polis əməkdaşına bildirmişdir ki, qeyd edilən yük avtomobilə “Qarabağ-And” şirkəti tərəfindən yüklənilmiş və tərəziyə çıxarılmış avtomobilin 30 tondan bir qədər artıq olduğu bildirilmiş. O, həmçinin bildirmişdir ki, bununla bağlı qəbzdə təqdim edə bilər. Lakin yol patrul xidməti əməkdaşı buna məhəl qoymayaraq araşdırma aparmadan onun barəsində protokol tərtib etmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyildir. Qeyd edilənlərə əsasən işə xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında təqdim edilmiş qəbzdən göründüyü kimi, “Qarabağ-And” şirkətində ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə 17000 kq yük əlavə edilmiş və nəqliyyat vasitəsi ilə birlikdə ümumi kütlə 30537 kq təşkil etmişdir. İş materillarında olan AD serialı 538521 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Shacman SX331” yük markalı, ** TR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə icazə verilmiş maxsimum kütlə 30600 kq təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş versə belə, bu inzibati xətada Şəxs hər hansı hərəkət və hərəkətsizliyi mövcud deyildir. Belə ki, Şəxs “Qarabağ-And” tərəfindən ona verilmiş çəki qəbzinə əsasən hərəkət etmiş və mövcud inzibati xəta onun iradəsindən kənar baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar