Məhkəmə qərarları › İş №3(002)-452/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-452/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-452/2023 10.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİNin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 03 mart 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 03 mart 2023cü il tarixdə, saat 02:40-da idarə etdiyi “Kamaz 5511 yük” markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrarən idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə 03 mart 2023cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, o, Ağdam rayonu, Sarıhacılı kəndində ailəsi ilə birlikdə yaşayır, ailənin yeganə qazanc gətirən şəxsidir. Fərdi qaydada yükdaşıma ilə məşğul olmaqla ailəsini dolandırır. Əvvəllər hərbi xidmətdə sürücü manqa komandiri kimi qulluq etdiyinə görə X1 ərizə yazaraq könüllü kimi iştirak etmiş və sürücü kimi fəaliyyət göstərərək Suqovuşanda və Kəlbəcər-Laçın istiqamətində xidmət etmişdir. Atası halhazırda xəstə olduğu üçün 03 mart 2023-cü il tarixdə atasına məxsus olan və etibarnamə əsasında idarə etdiyi “Kamaz 5511 yük” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakıdan Ağdama daş aparırmış. Həmişə olduğu kimi altı cərgə aparmağa icazə verirlər, o yeddinci cərgəyə hardasa 40-50 daş artıq yükləmişdir. Lakin müəyyən edilmiş yük normasını aşmamışdır. Qaradağ postuna çatanda yol polisi əməkdaşları onu saxlamış və idarə etdiyi yük avtomobilinin ümumi çəkisinin müəyyən edilməsi məqsədilə ondan tərəziyə çıxmasını xahiş etmişlər. O, bu tələbi könüllü olaraq yerinə yetirmiş və ona bildirmişlər ki, idarə etdiyi yük avtomobilinin çəkisi normadan artıq yəni, 33 tondur, bu da ümumi icazə verilən 25 tondan 8 ton yuxarı olmaqla inzibati xətalar qanunvericliyinə əsasən inzibati pozuntudur. Halbuki onun idarə etdiyi yük avtomobilinin çəkisi 26-27 tondan çox ola bilməzdi. Avtomaşın tərəzidə çəkilərkən onun iştirakı təmin eilməmiş və çəkiyə etirazını bildirsə də onun iştirakı ilə təkrar çəki aparılmamışdır. Bundan sonra polis əməkdaşları onun gözləməsini tələb etmiş və bir az keçdikdən sonra yoluna davam edəcəyini ona bildirmişlər. Barəsində hər hansı bir protokolun tərtib edilməsindən xəbərsiz olmuş, bu barədə ona heç nə bildirilməmiş və ona hər hansı bir protokol təqdim edilməmişdir. Sonradan məhkəməyə çağırılan zaman ona məlum olmuşdur ki, barəsində İXM-nin 353.5-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Bütün bunların nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. O cümlədən bununl bağlı məhkəməyə hər hansı bir material təqdim edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasıı mümkün hesab etmişdir. Məhkəmə, protokolu və ona əlavə olunmuş sənədləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-nin 353.5-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayınından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün xüsusi əhəmiyyətə malik olan, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa iş materiallarına əlavə edilmiş 03 mart 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş Şəxs konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilibedilməməsi, həmin xüsusi texniki vasitələrin göstəriciləri, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-ci maddəsində göstərilir ki, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bundan başqa inzibati xəta müəyyən edilərkən hansı xüsusi texniki vasitələrdən istifadə edilməsi protokolda öz əksini tapmamaqla İXM-nin 81.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsində göstərilir ki, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Şəxs barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar