Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-452/2024 02.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 17 sentybar 2002-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİ qrup əlil, Gəncə şəhəri, Nizami rayonu, AZKTA yaşayış ərazisi, məhəllə B-9, sahə 12 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 02 fevral 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, Şəxs 02 fevral 2024-cü il tarixdə, saat təxminən 00:37 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində avtoxuliqanlıq hərəkətləri etmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Qaradağ RPİ-nin DYPŞ-nın yol-patrul xidməti inspektoru X4 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, 02 fevral 2024-cü il tarixdə saat 00:37 radələrində "Təhlükəsiz Şəhər" X1 və efir vasitəsilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində «Chevrolet Cruze» markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtoxuliqanlıq törətdiyi barədə məlumat verilmişdir. O hadisə yerinə yaxınlaşamış və hadisəini törətmiş sürücü Şəxs onun tərəfindən saxlanılmışdır. Qeyd olunan hadisənin videogörüntüsü iş materiallarına əlavə edilmişdir. Bununla da Şəxs İXM-nin 511.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Bütün bunların nəzərə alınaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini və barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, AZKTA yaş, əraz. Məhəllə B-9, sahə 12 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, subaydır. O İİ qrup əlil olmaqla kəllə-beyin travması almışdır. 02 fevral 2024-cü il tarixdə, saat təxminən 18:00 radələrində atasına məxsus «Chevrolet Cruze» markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin əyləc bəndlərini dəyişmək üçün şəhərə getmiş, geri qayıdarkən anası ona atasının xəstə olduğunu və evə tez gəlməsini bildirmişdir. Bu zaman o döngədə avtomobilin əyləcini basaraq avtomobili saxlamağa çalışsa da avtomobilin əyləc bəndlərini yeni dəyişdirdiyi üçün əyləc işləməmişdir. O da yolda hər hansı bir nəqliyyat hadisəsini törətməmək üçün məcbur olub əl əyləcindən istifadə etmiş, bu zaman avtomaşın nisbətən sürüşmüş asfalta iz düşmüşdür. Lakin onun hər hansı avtoxuliqanlıq hərəkətləri törətmək niyyəti olmamışdır. Videogörüntüdən də göründüyü kimi bundan sonra başqa hər hansı bir qayda pozuntusuna yol verməmişdir. Əgər belə bir hərəkət onun tərəfindən yenidən təkrar olaraq törədilsə idi "Təhlükəsiz Şəhər" X2 kameraları vasitəsilə bu hallar qeydə alınardı. Buna görə də məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə təqdim edilmiş videogörünütüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs idarə etməsi ehtimal olunan «Chevrolet Cruze» markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil 02 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində dönmə əməliyyatını yerinə yetirərəkən sürücü tərəfindən edilmiş müdaxilə nəticəsində bir epizodda avtomaşın bir dəfə ziqzaqvari hərəkət etmiş və avtomobilin təkərlərinin yolun səthi ilə sürtünməsi nəticəsində asfalt örtüyündə qısa məsafədə təkər izləri yaranmışdır. Məhkəmə iş materillarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və videogörüntüyə baxış keçirərək hesab edir ki, Şəxs əməlində avtoxulqanlıq inzibati xətasının tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına dair hərəkətlər törtəməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində göstərilmişdir ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-452/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-452/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver