Məhkəmə qərarları › İş №3(002)-452/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-452/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-452/2025 13.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi ilə, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1983-cü il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 11 mart 2025-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsində söhbət aparılan zaman onun narkotik maddə sərxoşluğundan şübhəli bilindiyi üçün narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan AMP (+), MET (+), THC (+) qəbul etməsi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN serialı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin sahə inspektoru X2 bildirmişdir ki, Şəxs 11 mart 2025-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsində söhbət aparılan zaman onun narkotik maddə sərxoşluğundan şübhəli bilindiyi üçün narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan AMP (+), MET (+), THC (+) qəbul etməsi müəyyən edilmişdir. Lakin onun əməlində cinayət tərkibi olmadığından xx.xx.2025ci il tarixdə barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində onun tərəfindən inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, narkotik vasitə istifadəçisidir. Təxminən 7 il bundan əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. Sonuncu dəfə narkotik vasitəni Maştağa qəsəbəsində ciyər axşamında qəbul etmişdir. Məhkəmə hesab edir ki, həmin materiallar aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilməlidir. İş materialları araşdırılarkən hadisənin Qaradağ rayon ərazisində baş verməsinə dair heç bir sübutun olmadığı müəyyən edilmişdir. Qeyd edilən hadisə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə material aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilsin Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar