Məhkəmə qərarları › İş №3(002)-453/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-453/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-453/2023 19.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Baş X6 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), Hacıqabul rayonu, Atbulaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Yol- Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağım yol patrul xidməti inspektoru X2 tərəfindən tərtib olunmuş İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 mart 2023-cü il tarixdə saat 22:49-da idarə etdiyi “Kamaz **********” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə, hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Vİ tağım Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, “Kamaz **********” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılmış və nəqliyyat vasitəsi yüklə birlikdə çəkildikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsi müəyyən edilmişdir. Belə ki, oxların üzərinə düşən yük 25 ton deyil 31 ton olmuşdur. Göstərilənləri nəzərə alaraq, sürücü barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, “Kamaz **********” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonundan mişar daşı daşıyarkən 03 mart 2023-cü il tarixdə Qaradağ rayonu ərazisində YPX əməkdaşı tərəfindən saxlanılmış və nəqliyyat vasitəsi yüklə birlikdə çəkildikdə oxa düşən kütlə parametrlərini aşmaqla, yəni nəqliyyat vasitəsində olan yükün həcminin 6 ton artıq olması barədə ona məlumat verilmişdir. Lakin, nəqliyyat vasitəsinə hər zaman olduğu çəkidə yükdən 5-6 ədəd artıq mişar daşı yüklədiyi üçün oxa düşən kütlə parametrlərini polis əməkdaşlarının qeyd etdiyi həcmdə olmasını düzgün hesab etməyərək tərtib olunmuş inzibati xəta haqqında protokolun ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş **********012 nömrəli qəbzdə olan qeydlərdən görünür ki, 03 mart 2023-cü il tarixdə “Kamaz **********” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükün çəkisi 31220 kiloqramdır. İş materiallarında olan Hacıqabul Rayon Polis Şöbəsinin polis kapitanı X3 tərəfindən qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, Şəxs 07 avqust 2022-ci il tarixdə, saat 17:18-də Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində “Kamaz **********” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, **********012 nömrəli qəbzdə olan qeydlərdə “Kamaz **********” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükün çəkisi 31220 kiloqram olması öz əksini tapsa da, həmin qəbzdə olan fotoşəkildən nəqliyyat vasitəsinin məhz qəbzdə qeyd olunmuş “Kamaz **********” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili olmasını müəyyən etmək mümkün olmamışdır. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən, bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.4, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 353.5-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar