Məhkəmə qərarları › İş №3(002)-454/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-454/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-454/2022 12.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Xankəndi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında (050 495 26 46) yaşayan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 12 aprel 2022-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 18 fevral 2022-ci il tarixdə Qaradağ rayonu, Pirəkəşkül qəsəbəsi, hərbi şəhərcik ilə üzbəüz avtobus dayanacağında həyat yoldaşı X4 şillə ilə vuraraq döyümüşdür. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nın sahə inspektoru X6 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nın sahə inspektoru, polis kapitanı X6 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 10 mart 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X7 və onun əri Şəxs arasında gələcəkdə baş verə biləcək neqativ halların qarşısının alınması məqsədilə münaqişəli ailə kimi qeydiyyata alınması, Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün bölmə rəhbərliyinə raportla məruzə edilməsi, Qərarın surətinin məlumat üçün təhqiqata proessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı tərəfə göndərilməsi və materialın saxlanması üçün Qaradağ RPİ-nin 10-cu PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 öz izahatında bildirmişdir ki, 18 fevral 2022-ci il tarixdə, saat 13:30 radələrində qızını məktəbdən gətirirmiş. Əri Şəxs oğlu ilə həmin yerə gələrək onu təhqir etmiş, ona qarşı nalayiq və təhqiredici ifadələr işlətmiş və onu ictimai yerdə, yəni avtobus dayanacağında vuraraq itələmişdir. Bütün bunları nəzərə alaraq Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, X7 ilə 15 yanvar 2022-ci ildən qeyri-rəsmi qaydada ayrılmışlar. Hadisə baş verən gün, yəni 18 fevral 2022-ci il tarixdə, saat 13:30 radələrində o, oğlu ilə Pirəkəşkül qəsəbəsi, hərbi şəhərcik ilə üzbəüz avtobus dayanacağına gəlmiş, həyat yoldaşı X4 vurmamış, lakin onu təhqir edərək üzünə tüpürmüşdür. O, əməlindən peşiman olduğunu bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X8 rayon şöbəsinin 22 fevral 2022-ci il tarixli 120 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X1 saidin və sol əlin qançırları bərk küt əşya təsirindən müayinədən bir gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən 18.02.2022-ci il tarixdə və şəraitdə törənə bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini və şəxsiyyətini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar