Məhkəmə qərarları › İş №3(002)-455/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-455/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-455/2025 15.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, AZ1083, Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 05 mart 2025-cü il tarixli EP ******* №-li protokoldan aydın olur ki, Şəxs MMC tərəfindən 3043478.26 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 21 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 1124678.26 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 22 fevral 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nın direktoru X2 Şəxs MMC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, 21 fevral 2023-cü il tarixdə "xxxx" ASC-nin Xətai filalı vasitəsilə ödənilən ******* rubl 26 qəpik (üç milyon qirx üç min dörd yüz yetmiş səkkiz) rubl 26 qəpik məbləğində pula görə **********9036 nömrəli Gömrük bəyannaməsinə əsasən 28 mart 2023-cü il tarixdə 1918800.00 rubl məbləğində idxal olunan malların və **********5603 nömrəli Gömrük bəyannaməsinə əsasən 11 avqust 2023-cü il tarixdə 1125000.00 rubl məbləğində idxal olunan malların Bakı Baş Gömrik İdarəsində gömrük rəsmləşdirilməsi tərəflərindən aparılmaqla icra edilmişdir, həmin mallar Şəxs MMC tərəfindən artıq qəbul edilmişdir. Satıcı “X4-Don” firması əvvəlki illərdə onlara artıq ödədikləri xırda rubl məbləğlərini toplayaraq 321 rubl 26 qəpik pul məbləğində artıq mallar göndərmişdir. Qəbul etdikləri malların keyfiyyəti və kəmiyyəti ilə bağlı tərəflərindən satıcı “X4-Don” firmasına hər hansı bir irad bildirilməmişdir. İstinad etdikləri və rəsmləşdirilməsini apardıqları gömrük bəyannamələrindən məlum olur ki, Şəxs MMC Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalarının tələblərini pozmamışdur. Odur ki, öz izahatında direktoru olduğu şirkətin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və nümayəndənin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, Şəxs MMC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC-nin direktoru X1 məhkəmə baxışı zamanı təqdim 11 avqust 2023cü il tarixli, **********9036 soğru nömrəli gömrük bəyannaməsindən aydın olur ki, 300 ədəd, 1125000,00 Rus rublu məbləğində penopolietilendən divarların və tavanların səthi laminantlı aliminium fola örtüklü istilik izolyasiyalı listləri (rulon şəklində) 11 avqust 2023-cü il tarixdə Samur gömrük postundan keçirilərək Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Bundan başqa Şəxs MMC-nin direktoru X1 məhkəmə baxışı zamanı təqdim 28 mart 2023-cü il tarixli, **********5603 soğru nömrəli gömrük bəyannaməsindən aydın olur ki, 410 ədəd, 1918800.00 Rus rublu məbləğində penopolietilendən divarların və tavanların səthi laminantlı aliminium fola örtüklü istilik izolyasiyalı listləri (rulon şəklində) 28 mart 2023-cü il tarixdə Samur gömrük postundan keçirilərək Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Satıcı “X4-Don” firmasına 21 fevral 2023-ci il tarixdə köçürülmüş 3043478.26 Rusiya rublu dəyərində vəsaitə uyğun olaraq iki il müddət keçənədək vəsait hesabına xidmətlərin göstərilməsi faktı baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin (VÖEN: **********) 05 mart 2025-cü il tarixli EP ******* №-li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar