Məhkəmə qərarları › İş №3(002)-457/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-457/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-457/2025 13.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Qubadlı rayonu Aşağı Cibikli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/16 nömrəli, 16 avqust 2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan MN serialı ******* saylı, 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirmişdir ki, Şəxs dəfələrlə icra vərəqəsinin icrası tələb edilsə də o, imkanı olmadığını, borcu birdəfəlik ödəmək iqtidarında olmadığını bəhanə gətirərək borcu qərəzli şəkildə ödəməkdən yayınır. Borclu icra vərəqəsini qərəzli şəkildə icra etməkdən yayınır. Şəxs 13860 manat borcu qalmışdır. Belə ki, o, məhkəmə qərarının qərəzli şəkildə icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və o azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Bundan başqa o, 2024-cü il ərzində üç dəfə inzibati məsuliyyətə cəlb edilərək 20 gün müddətinə inzibati həbs edilmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, heç bir yerdə işləmir. Müharibə veteranı olaraq 80 manat müavinət alır. 2024-cü ilin oktyabr ayından etibarən hər ay 50 manat olmaqla 5 ay 250 manat ödəniş etmişdir. Borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar X5 bildirmişdir ki, qərəzli şəkildə borcunu ödəməkdən yayınır. Ayda cəmi 50 manat ödəniş etmişdir. Borcun böyük hissəsi digər borclu tərəfindən ödənmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində ən ağır inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından və borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış öhdəlikdən xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddət icra etməmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs tərəfindən məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi və Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, yaranmış borcunun məbləğini nəzərə alaraq onun barəsində inzibati həbsin orta həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 13 mart 2025-ci il tarixdən, saat 17:50-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar