Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-459/2021 13.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin, Əməliyyat və təhqiqat şöbəsinin, Təhqiqat bölməsinin böyük təhqiqatçısı, gömrük xidməti leytenantı X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin xx xxxx 2021-ci il tarixli 13000-0090/21 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan daxil olmuş xx.xx.2021-ci il tarixli 34/022/000281 saylı raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkmənistan Respublikasına daşınan və İran İslam Respublikası vətəndaşı Şəxs idarə etdiyi 12D671- 10/12D672-10 dövlət nömrə nişanlı yük maşınında olan 25000 (iyirmi beş min) kq-dan ibarət “təzə kartof” yükünə dair qeydə alınmış “417644” nömrəli CMR-in tərtibatında şübhələnməyə əsas verən hallar mövcud olmuşdur. Belə ki, sözügedən CMR-də blank formasının İran İslam Respublikasına məxsus olmasına, həmçinin nəqliyyat vasitəsinin sürücüsünün İran İslam Respublikası vətəndaşı olmasına baxmayaraq malları ixrac edən şirkətin Türkiyə Respublikasına məxsus şirkət olduğu göstərilmişdir. Göstərilənlərə əsasən malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə dair kifayət qədər əsas olması səbəbindən fakt üzrə İran İslam Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə 13000-0096/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Qeyd edilmiş fakt analoji olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda da baş vermişdir. Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən tranzit yolla daşınan yüklərə dair təqdim edilmiş mal müşayiət sənədlərində, eləcə də fitosanitar sertifikatlarda güzgün olmayan məlumatların göstərilməsi ilə bağlı şübhələr yaranması səbəbindən həmin sənədlərin Türkiyə Respublikasının müvafiq qurumları tərəfindən verilib-verilməməsi və sənədlərdə qeyd edilmiş məlumatların düzgünlüyünün dəqiqləşdirilməsi üçün Türkiyə Respublikasının aidiyyəti qurumlarına sorğu göndərilmişdir. İşə əlavə edilmiş Türkiyə Respublikasının aidiyyəti qurumundan daxil olmuş cavaba əsasən müəyyən edilmişdir ki, mallara dair təqdim edilmiş sənədlərin heç biri Türkiyə Respublikasına məxsus qurumlar tərəfindən verilməmiş və bu barədə hər hansı qeydə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən Əmtəəşünaslıq ekspertizasının aparılması üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin ekspertlərinə müraciət edilmişdir. İşə əlavə edilən “Azərekspertiza” Birliyindən daxil olmuş müvafiq ekspert rəyinə əsasən yük maşınında olan 25000 (iyirmi beş min) kq-dan ibarət “təzə kartof” yükünün 21550 (iyirmi bir min beş yüz əlli) kq-dan ibarət yararlı hissəsinin dəyəri 4310 (dörd min üç yüz on) manat məbləği təşkil etmişdir. Faktla bağlı aparılan araşdırma çərçivəsində barəsində icraat aparılan şəxs yəni, “Astara” gömrük postunda nəqliyyat vasitəsində olan mallara dair düzgün olmayan sənədləri təqdim etmiş sürücü, İran İslam Respublikası vətəndaşı Şəxsnin izahatının alınması mümkün olmamışdır. Belə ki, şifahi məlumat əsasında Şəxsnin Azərbaycan Respublikası ərazisində olduğu zaman ünvan 1 ünvanında yaşaması müəyyən edilmişdir. Şəxsin izahatının alınması və inzibati xəta haqqında protokol tərtib edildiyi zaman iştirak etməsi üçün qeyd edilən ünvana hazırki işə əlavə edilmiş dəvət məktubu göndərilməsinə baxmayaraq, həmin şəxs gəlməmiş və ya gəlməməsinin üzürlü səbəbləri ilə bağlı hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında çıxış edən səlahiyyətli orqanın nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixində İran İslam Respublikasının vətəndaşı Şəxs idarə etdiyi nəqliyyat vasitəsində olan malları Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda olarkən nəqliyyat vasitəsində olan malların yenidən yüklənməsi prosesi zamanı nəqliyyat vasitəsində olan mallara dair təqdim etdiyi mal müşayət sənədləri və CMR-in tərtibatında şübhələnməyə əsas verən hallar müşahidə edilmiş, malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsi ilə bağlı kifayət qədər ehtimallar olduğundan qeyd etdiyim fakt üzrə araşdırma başlanılmışdır. Müəyyən olunmuşdur ki, Şəxs Astara gömrük postunda olduğu zaman malların digər nəqliyyat vasitəsinə yüklənməsi prosesi başa çatdıqdan sonra həmin mallara dair düzgün olmayan məlumatların əks olunduğu sənədləri təqdim etmişdir. Həmin malların yüklü olduğu qoşqu Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində olduğu zaman saxlanılmış və ölkə ərazisini tərk etməsinə qadağa qoyulmuşdur. Belə ki, mallar Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkmənistan Respublikasına daşınmalı idi. Lakin, təqdim olunmuş CMR-də blank formasının İran İslam Respublikasına məxsus olmasına, həmçinin nəqliyyat vasitəsinin sürücüsünün İran İslam Respublikası vətəndaşı olmasına baxmayaraq malları ixrac edən şirkətin Türkiyə Respublikasına məxsus şirkət olduğu göstərilmişdir. Sözügedən sənədlərin Türkiyə Respublikasının müvafiq qurumları tərəfindən verilib-verilməməsi və sənədlərdə qeyd edilmiş məlumatların düzgünlüyünün dəqiqləşdirilməsi üçün Türkiyə Respublikasının aidiyyəti qurumlarına sorğu göndərilmişdir. İşə əlavə edilmiş Türkiyə Respublikasının aidiyyəti qurumundan daxil olmuş cavaba əsasən müəyyən edilmişdir ki, mallara dair təqdim edilmiş sənədlərin heç biri Türkiyə Respublikasına məxsus qurumlar tərəfindən verilməmiş və bu barədə hər hansı qeydə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən Əmtəəşünaslıq ekspertizasının aparılması üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin ekspertlərinə müraciət edilmişdir. Malların dəyərinin müəyyən edildiyi “Azərekspertiza” Birliyindən daxil olmuş müvafiq ekspert rəyi inzibati xəta materialına əlavə edilmişdir. Nəticədə, əlavə edilmiş digər sənədlərlə birlikdə Azərbaycan Respublikası İXM-in 481-ci maddəsi üzrə tərtib edilmiş inzibati xəta materialı aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Karantin vizual baxışı keçirilməsi haqqında xx xxxxxx 2021-ci il aktdan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun müfəttişi X2, həmin postun böyük inspektoru X5, Əməliyyat və Təhqiqat şöbəsinin böyük əməliyyat müvəkkili X3 bu aktı tərtib etdik ondan ötrü ki, xx.xx.2021-ci il tarixdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkmənistan Respublikasına daşınan və İran İslam Respublikası vətəndaşı Şəxsnin idarə etdiyi 12D671-10/12D672-10 (5337TAG) dövlət nömrə nişanlı yük maşınında olan 25000 (iyirmi beş min ) kq-dan ibarət “təzə kartof” yükünə karantin vizual baxışı keçirildi. Karantin vizual baxışı zamanı qeyd edilmiş yükdə karantin ziyanvericilərindən və xəstəliklərdən sayılan kartof xərçəngi, kartof güvəsi və “Kolorado” böcəyi aşkar edilmədi. İstifadəyə yararlıdır. Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyevə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli raportdan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan daxil olmuş xx.xx.2021-ci il tarixli 34/022/000281 saylı raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin“ Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkmənistan Respublikasına daşınan və İran İslam Respublikası vətəndaşı Şəxsnin idarə etdiyi 78B447-10/78B448-10 dövlət nömrə nişanlı yük maşınında olan 25000 (iyirmi beş min) kq-dan ibarət “təzə kartof” yükünə dair qeydə alınmış “417644” nömrəli CMR-in tərtibatında şübhələnməyə əsas verən hallar mövcud olmuşdur. Belə ki, sözügedən CMR-də blank formasının İran İslam Respublikasına məxsus olmasına, həmçinin nəqliyyat vasitəsinin sürücüsünün İran İslam Respublikası vətəndaşı olmasına baxmayaraq malları ixrac edən şirkətin Türkiyə Respublikasına məxsus şirkət olduğu göstərilmişdir. Göstərilənlərə əsasən malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə dair kifayət qədər əsas olması səbəbindən fakt üzrə İran İslam Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə 13000-0090/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası”nın və “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi Qaydası’ nın təsdiq edilməsi barədə xx.xx.2017-ci il tarixli, 564 nömrəli qərarına əsasən “təzə kartof” yükünün tez xarab olan mal kateqoriyasına aid olmasını nəzərə alıb həmin yük barədə qanunauyğun tədbir görülməsi üçün qərar qəbul edilməlidir. “Yuxarıda qeyd olunanlara əsasən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun ərazisində olan 25000 (iyirmi beş min) kq-dan ibarət “təzə kartof” yükünün tez xarab olan mal kateqoriyasına aid olmasını nəzərə alaraq mallar barəsində müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi Qaydası' nın və "inzibati xata haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan – məhsulların yenidən istehsala göndərilməsi və ya məhv edilmasi Qayda”sının təsdiq , edilməsi barədə xx.xx.2017-ci il tarixli, 564 nömrəli qərarına əsasən “təzə kartof” yükünün tez xarab olan mallar kateqoriyasına aid olmasını nəzərə alıb, İran İslam Respublikası vətəndaşı Şəxs idarə etdiyi 12D671-10/12D672-10 (5337TAG) dövlət nömrə nişanlı yük maşınında olan 25000 (iyirmi beş min) kq-dan ibarət “təzə kartof ” yükünün qanuna müvafiq qaydada satışının həyata keçirilərək satışdan əldə olunan vəsaitin depozit hesabda saxlanılmasının təmin edilməsi məqsədilə həmin yük Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azterminalkompleks Birliyinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 11/15 nömrəli, xx xxxxxx 2021-ci il tarixli ekspertiza aktından görünür ki, xx xxxxxx 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin xx xxxxxx 2021-ci il tarixli qərardadına əsasən xx xxxxxx 2021-ci il tarixdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkmənistan Respublikasına daşınan və İran İslam Respublikasının vətəndaşı Şəxs idarə etdiyi 12D671-10/12D672-10 Dövlət nömrə nişanlı yük maşınına aid 25000 kq təzə kartof yükündən cəmi 3450.0 kq təyinatı üzrə istifadəyə və satışa yarasızdır. Qalan 21550.0 kq təzə kartofun xarici görünüşü, forması, ölçüləri, üzərində olan torpaq yapışması, saxlanc müddəti nəzərə alınmaqla hər bir kq-nın qiyməti- 0.20 manat olmaqla cəmi qiyməti 21550.0 kq x 0.20 = 4310.0 (dörd min üç yüz on) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə asasan ədalətlilik inzibati xatalar qanunvericiliyinin əsas prinsiplərindən biridir; 6.1-ci maddəsinə əsasən İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9-cu maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 26.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; 48.1-ci maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 481-ci maddəsinə əsasən, Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda -nzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cəriməedilir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxsnin Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati xətanın bilavasitə predmeti olan məhsulların (malların) müsadirə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43,48- 51,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan "Azerterminalkompleks" Birliyində saxlanılan 25000 (iyirmi beş min) kiloqram "təzə kartof' yükü rnəcburi qaydada və ödənişsiz olaraq dövlət nəfinə müsadirə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azarterminalkompleks" Birliyinə həvalə edilsin. Qərarın rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-459/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-459/2021
13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver