Məhkəmə qərarları › İş №3(002)-459/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-459/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-459/2023 10.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Baş X8 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Yol- Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağım yol patrul xidməti inspektoru polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 mart 2023-cü il tarixdə saat 16:37-də idarə etdiyi “Howo ZZ3257N3847A” yük markalı 99GO793 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə, hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Baş X8 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru X2 İXP ******* saylı xx.xx.2023-cü il tarixli protokolu müdafiə edərək izahatında göstərmişdir ki, “Howo ZZ3257N3847A” yük markalı 99GO793 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılmış və nəqliyyat vasitəsi yüklə birlikdə çəkildikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsi müəyyən edilmişdir. Belə ki, oxların üzərinə düşən yük 24 ton deyil 44 ton 770 kq olmuşdur. Daha sonra məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tərtib olunmuş 29 yanvar 2023-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edildiyi üçün onun barəsində 06 mart 2023-cü il tarixdə tərtib olunmuş İXP ******* nömrəli protokolun müdafiə edilməsindən imtina etmiş və həmin protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs məhkəməyə vəsatət təqdim edərək izahatında göstərmişdir ki, Vİ tağım baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X3 tərəfindən onun barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsilə təqsirli bilinmiş, iş üzrə materiallar Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Lakin, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan Ağdaş Rayon Məhkəməsinə şikayət verdiyindən həmin məhkəmənin 3(014)-80/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarı ilə İV tağım baş yol patrul xidməti inspektoru, polis kapitanı X4 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmçinin qeyd etmişdir ki, Azərbaycan Reapublikasının İXM-nin 353.5-ci maddəsinə əsasən həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Hazırki halda isə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar, Ağdaş Rayon Məhkəməsinin 3(014)-80/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarı ilə ləğv edildiyindən həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən ona inzibati tənbeh tətbiq edilməsi qanunamüvafiq deyildir. Odur ki, inzibati iş materiallarının Baş X8 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidmətinə qaytarılmasını xahiş edir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsi X1 vəsatətini, barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxs Şəxs izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 06 mart 2023-cü il tarixdə “Howo ZZ3257N3847A” yük markalı 99GO793 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükün çəkisi 24 ton olmalı olduğu halda 44 ton 770 kq olduğu müəyyən edilmişdir. İş materiallarında olan YPX inzibati qrup yol patrul xidməti inspektoru, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 29 yanvar 2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Şəxs 27 dekabr 2022-ci il tarixdə, saat 20:11-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində “Howo ZZ3257N3847A” yük markalı 99GO793 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 3(014)-80/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, 29 yanvar 2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Məhkəməyə təqdim edilmiş Yol-Patrul Xidməti Alayı yol patrul xidməti baş inspektoru X1 10 aprel 2023-cü il tarixli vəsatətindən görünür ki, Şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tərtib olunmuş 29 yanvar 2023-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edildiyi üçün onun barəsində 06 mart 2023-cü il tarixdə tərtib olunmuş İXP ******* nömrəli protokolun müdafiə edilməsindən imtina etmiş və həmin protokolun geri qaytarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində Vİ tağım yol patrul xidməti inspektoru polis baş leytenantı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması barədə ərizəsi təmin edilməli, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Vİ tağım yol patrul xidməti inspektoru polis baş leytenantı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər səlahiyyətli orqana geri qaytarılsın. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar