Məhkəmə qərarları › İş №3(002)-460/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-460/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-460/2023 05.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X5 tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 27 mart 2023-cü il tarixdə məhkəməyə müraciət edərək Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X5 tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 eyni fakt üzrə 17 mart 2023-cü il tarixli müraciəti ilə bağlı şikayətçi X2 vəsatəti nəzərə alınmaqla verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 3(002)-427/2023 nömrəli qərarı mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X6 müvafiq ərizə üzrə qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, qərardan şikayət vermiş şəxs X4 17 mart 2023-cü il tarixdə məhkəməyə müraciət edərək Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X5 tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Həmin iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 3(002)-427/2023 nömrəli qərarına əsasən X4 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən X2 eyni fakt üzrə ərizəsi ilə bağlı hakimin ləğv edilməmiş qərarı olduğundan başlanmış icraata isə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət ərizəsi üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar