Məhkəmə qərarları › İş №3(002)-460/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-460/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-460/2025 14.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi X2 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Zərərçəkmiş şəxs Qaradağ RPİ-nin, 38-ci PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "X9" MMC-nin sürücüsü olan Şəxs, həmin şirkətə məxsus və idarə etdiyi **-JP-*** d.q.n-11 “X10” markalı yük avtomaşının yanacaq çənindən dizel yanacağının oğurlanması barədə məlumat vermişdir. Faktla bağlı 38-ci PB-nin təhqiqatçısı tərəfindən müvafiq araşdırma aparılmışdır. Təhqiqatçının qəbul etdiyi 12 mart 2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, sahə rəisi X4 tərəfindən müvafiq inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X4 ptokolu müdafiə edərək məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 2 aydan çoxdur ki, “X11” MMC-də sürücü vəzifəsində çalışır. O, ölkədaxili olaraq şirkətin ona həvalə etdiyi yüklərin daşınmasını həyata keçirir. Əmək haqqı ödənilmədiyi üçün işdən azad olmaq istəmiş və avtomobili şirkətə məxsus qarajın önündə park edərək uzaqlaşmışdır. Lakin o, hər hansı məsul şəxsə avtomobili təhvil verməmiş və nəqliyyat vasitəsini sadəcə qarajın önündə saxlayıb getməklə kifayətlənmişdir. Göstərilən halları nəzərə alaraq, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamış, iş materialları ilə tanış olmuş, xahişi ilə yaxın qohumlarına məlumat verilmişdir. Həmçinin bildirmişdir ki, avtomobilin yanacağının təmin edilməsi, təkərlərinin hava ilə doldurulması və təmizliyi ilə əlaqədar digər texniki qulluq məsələlərini özü tənzimləyir. Belə ki, o, avtomobilin təkərlərini 26 və 28 fevral tarixlərində doldurmuş, maşın yuma məntəqəsinə yuyulması üçün təmin etmişdir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdən "X12" MMC-də sürücü vəzifəsində işləyir. Onun əmək haqqı miqdarı işə muzd olmaqla hesablanır. Şirkət tərəfindən Şəxs həvalə olunan **-JP-*** dövlət qeydiyyat nişanlı X10 markalı yük avtomaşın vasitəsi ilə o, ölkədaxili müxtəlif istiqamətlərdə qida məhsullarının daşıması ilə məşğul olur və buna görə Şəxs əlavə olaraq yanacaq kartı təqdim edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi yük avtomaşınını yanacaq çənində olan 500 litr dizel yanacağının naməlum şəraitdə boşaltmış, idarə etdiyi avtomaşını isə şirkətin dayanacağında saxlayaraq oradan uzaqlaşmışdır. Şəxs idarə etdiyi yük avtomaşınına baxış keçirmişdir. Yük avtomaşınına baxış keçirərkən yanacaq çənində 500 litr dizel yanacağın olmadığı aşkar etmişdir. O, avtomobili yanacaq çəni yanacaqla tam doldurulmaqla təhvil verməli idi. Həmin avtomobil onun getmiş olduğu məsafəyə münasibətdə 500 litr yanacaq sərf edə bilməzdi. Eləcə də, sonuncu fevralın 26-dan mart ayının 4-dək şirkətin tapşırığı üzrə uzaq yol qət etməmişdir. Həmçinin bildirmişdir ki, şirkətin tapşırığına əsasən Şəxs sonuncu dəfə avtomobilin çənini tam dolduraraq Bakı şəhərinin Məhəmmədli kəndindən çıxıb Göyçay rayonuna yük daşımış, qayıdarkən 325 litr yanacaq sərf etmiş, bu zaman çəndə 175 litr yanacaq qalmaqla, 75 litr də doldurmuşdur. Bütün qeyd olunanları nəzərə alaraq, ona dəymiş maddi zərərin ödənilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, avtomobilin çənindən yanacağın oğurlanması faktını təsdiq edəcək dəlilləri mövcud deyil, sürücünün isə tapşırıqdan kənar avtomobili idarə etməsi barədə avtomobilə quraşdırılmış radarlardan məlumat daxil olmamışdır. Yalnız bir dəfə 4 mart tarixində sürücü avtomobili onların göstərişi olmadan Qaradağ rayonu qəsəbələr daxili idarə etmişdir Məhkəmə iclasında iştirak edən müdafiəçi X5 çıxışında “X11” MMC-yə məxsus nəqliyyat vasitəsindən qeyd olunan miqdarda yanacağın Şəxs tərəfindən talanması və ya israf edilməsi faktının sübut edilmədiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə zərərçəkmiş şəxsin nümayəndəsinin sürücünün göstəriş olmadan avtomobili idarə etməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə bildirmişdir ki, avtomobildən sərbəst istifadə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə şirkət tərəfindən verilmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş 01 ədəd CD diskə əlavə edilmiş görüntüdən aydın olur ki, yük və digər nəqliyyat vasitələrinin dayandığı ərazidə kişi cinsindən olan şəxs ətrafda dolaşır. Digər faylda olan görüntüdə isə kişi cinsindən olan şəxs yük nəqliyyat vasitəsinin qapısını açır və bağlayır. Videogörüntüdən həmin şəxslərin şəxsiyyətini və qapısı açılıb-bağlanan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını müəyyən etmək mümkün olmur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqq ında iş üzrə icraata inzibati xəta hadisəsi mövcud olmadığına görə xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı X11 MMC-yə məxsus nəqliyyat vasitəsindən qeyd olunan miqdarda yanacağın Şəxs tərəfindən talanması və ya israf edilməsi faktına dair hər hansı mötəbər sübut, o cümlədən əməlin bilavasitə sonuncu tərəfindən törədilməsi anını təsdiq edən hər hansı görüntü təqdim edilməmişdir. Bununla da inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini təsdiq edəcək sübutlar təqdim edilmədiyindən olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar