Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-461/2023 27.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon Polis İdarəsi 10-cu Polis bölməsinin sahə inspektoru X3, X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 24 fevral 2023-cü il tarixdə ünvan 3 ünvanında X2 sözləri söyüb təhqir etmişdir və ona qarşı xırda xuliqanlıq etmişdir. Qaradağ rayon Polis İdarəsi 10-cu Polis bölməsinin sahə inspektoru X6 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə MN seriyalı ******* saylı, 27 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ rayon Pİ 10-cu Polis bölməsinin sahə inspektoru X6 bildirmişdir ki, Şəxs 24 fevral 2023-cü il tarixdə ünvan 3 ünvanında X2 sözləri söyüb təhqir etmişdir və ona qarşı xırda xuliqanlıq etmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanuni tədbir görülməsi xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, X7 ona şər böhtan ataraq avtomobilinin yan güzgülərini sındırması barədə polisə şikayət vermişdir. Oda bundan əsəbləşərək X4 ünvanına nalayiq ifadələr işlətmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş X7 bildirmişdir ki, 24 fevral 2023-cü il tarixdə Şəxs oğlu Məzahir Əhmədov ilə birlikdə onun yanına gələrək oğlunun sənədlərini istəmişdir. Lakin o, sənədlərin onda olmadığnı bildirmişdir. Bundan sonra sənədləri ala bilmədikləri üçün oğlu Məzahir Əhmədov onun avtomobilinin yan güzgülərini sındırmış, Şəxs isə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Şikayətçidir və ona qanuni müvafiq qaydada cəza verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmədə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə müvafiq olaraq Şəxs ilk dəfə inzibati xəta törətməsi, törətdiyi əməldən peşman olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunur. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müvafiq olaraq Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini, habelə məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-461/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-461/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver