Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-461/2025 17.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25180465 saylı qərardan şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25180465 saylı qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 25180465 saylı inzibati tənbehvermə haqqında qərarı ilə o, qanunsuz və əsassız olaraq. İnzibati Xətalar Məcəlləsinin 353.2 maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Əsas kimi isə xx.xx.2025-ci il tarixli EQ25180465 saylı protokol və inzibati xəta haqqında işin digər materiallarına götürülmüşdür. xx.xx.2024-cü il tarixdə, saat 21:23-də M-247.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində DAF FTXF 105 yük markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İXP-nin 353.2 maddəsində nəzərdə tutulmuş inzibati xətam törətdiyi üçün barəmdə 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bildirmək istəyir ki, yazılmış cərimə əsassızdır. Belə ki, ərizəyə əlavə etdiyi sənəddən də göründüyü kimi avtomobil yüklədiyi ərazidən 39 ton 820 kq çəki ilə xx.xx.2024-ci il tarixdə saat 12:01 radələrində çıxmışdır. Yükü boşaltdığı əraziyə isə 39 ton,580 kq çəki ilə xx.xx.2024-cü il tarixdə 00:11 radələrində çatmışdır.Bundan başqa xx.xx.2024 cü il tarixində 22:41 radələrində Bakı şəhərində Çermet körpüsü adlanan ərazidə yüklü olaraq tərəzidə avtomobili çəkdirmişdir. Orada da avtomobilin yüklü çəkisi 39 ton 930 kq olmuşdur. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 42 ton,370 kq kimi qeyd edilmişdir. İdarə yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobillər üçün nəzərdə tutulmuş, tərəziyə çıxarılmamışdır. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Bu səbəbdən hesab edirə ki, qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməlidir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə acraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkatı qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərarına bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında İş üzrə qərardan şikayət verildikdə ( vəzifəli şəxs) vidio müşahidə vasitələrinin qeydə alındığı vidio yazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə inzibati xəta haqqında İş üzrə qərarı iəğv edir. Belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq İcra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparat şəxsə həmin qərar barədə bu məcəlləni 125.2-cİ maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.Qeyd vəzifəli edilənlərə əsasən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25180465 saylı qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək barəsində qəbul edilmiş xx.xx.2025ci il tarixli, EQ 25180465 saylı qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərarı tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndənin iştirakını təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında qərarı tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 25180465 saylı qərarın surətindən aydın olur ki, vətəndaş X2 xx.xx.2025-ci il tarixli, EQ 25180465 saylı qərara əsasən xx.xx.2024-cü il tarixdə, saat 21:23-də M-247.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində “DAF FTXF 105” yük markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, “DAF FTXF 105” yük markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə, saat 21.23-də M-247.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin ümumi çəkisi 42370 kq olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25180465 saylı qərar əsassız olduğundan ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, DİN-in Baş Dövlət Yol Polis İdarəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdiyi 22 dekabr 2024-cü il tarixli, tərəzi qəbzindən aydın olur ki, xx.xx.2024-cü il tarixdə, saat 12.01 radələrində sürücünün idarə etdiyi **-NK-*** dövlət qeydiyyat avtomobilin brutto çəkisi, yəni yüklə birlikdə çəkisi 39820 kiloqram olmuşdur. Bundan başqa məhkəməyə təqdim edilmiş 22 dekabr 2024-cü il tarixli, AS Nəqliyyat MMC tərəfindən tərtib edilmiş tərəzi qəbzindən aydın olur ki, xx.xx.2024-cü il tarixdə, saat 22.41 radələrində sürücünün idarə etdiyi **-NK-*** dövlət qeydiyyat avtomobilin brutto çəkisi, yəni yüklə birlikdə çəkisi 39930 kiloqram olmuşdur. Bundan başqa məhkəməyə təqdim edilmiş 23 dekabr 2024-cü il tarixli, tərəzi qəbzindən aydın olur ki, xx.xx.2024-cü il tarixdə, saat 00.11 radələrində sürücünün idarə etdiyi **-NK-*** dövlət qeydiyyat avtomobilin brutto çəkisi, yəni yüklə birlikdə çəkisi 39580 kiloqram olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı hər hansı bir hərəkət və hərəkətsizlik olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Məhkəmə qeyd edir ki, X1 təyinatı üzrə idarə etdiyi “DAF FTXF 105” yük markalı, **- NK-*** dövlət qeydiyyat nişanlı avtomibinilin hərəkət zamanı brutto çəkisi 39930 ton təşkil etdiyindən onun, nəqliyyat vasitəsini qanunla nəzərdə tutulmuş çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yəni, (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) idarə etməsi halı məhkəmə iclasında sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25180465 saylı qərar ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-461/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-461/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver