Məhkəmə qərarları › İş №3(002)-462/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-462/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-462/2022 15.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuş, və həmin Məhkəmənin 13 aprel 2022-ci il tarixli, 3(002)-462/2022 saylı qərarı ilə (Hakim T.Ə.Qurbanov) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Tələbkar Zərərçəkmiş şəxs1 həmin qərardan 29 iyun 2022-ci il tarixdə apellyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 3(103)-1775/2022 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 3(002)-462/2022 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 2(002)-6164/2016 saylı icra sənədi üzrə cavabdeh Şəxs borc aldığı 8300 manat, faizə görə 6000 manat və ödənilmiş 31 manat dövlət rüsumu, cəmi 14331 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(002)- 1915/2018 saylı icra sənədi üzrə cavabdeh Şəxs 11200 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.M.Bağırov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 2(002)-6164/2016 saylı icra sənədi üzrə cavabdeh Şəxs borc aldığı 8300 manat, faizə görə 6000 manat və ödənilmiş 31 manat dövlət rüsumu, cəmi 14331 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(002)-1915/2018 saylı icra sənədi üzrə cavabdeh Şəxs 11200 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. İcra sənədi üzrə icraata 27 yanvar 2017-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin məhkəmənin 13 aprel 2022-ci il tarixli qərarı ilə Şəxs əməlində inzibati xəta tərkibi olmadığı nəticəsinə gəlinmiş və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra həmin qərardan tələbkar Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Göründüyü kimi, 2017-ci ildən bəridir ki Şəxs borcu vardır və bu müddət ərzində o, borcunu ödəməkdən mütəmadi olaraq yayınır. Nəticədə, Şəxs bugünədək ümumilikdə ödənilməmiş 21,281 manat borcu yığılmışdır. Lakin Şəxs borcunun ödənilməsi istiqamətində heç bir real addım atmır və yalnız məhkəməyə protokol verilərkən dərhal qismən ödənişlər edir. Həmçinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə edilmiş əmlak məlumatlarından borclunun mülkiyyətində Toyota Land-Cruiser Prado minik markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən edilmiş, lakin həmin avtomobil borclunun müvafiq banka olan borcu səbəbindən yüklü edilmişdir. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, onun icra sənədindən məlumatı vardır və barəsində Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 3(002)-462/2022 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdən sonra Zərərçəkmiş şəxs2 xeyrinə 12 avqust 2022-ci il tarixdə 200 manat ödəmiş və hazırda 9400 manat, Zərərçəkmiş şəxs1 xeyrinə isə 15 avqust 2022-ci il tarixdə 200 manat ödəmiş və hazırda 11881 manat borcu qalmışdır. Qalan borcunu yalnız hissə-hissə ödəyə bilər. Hazırda onun borcunu tam ödəməyə imkanı yoxdur. Himayəsində 2 azyaşlı uşağı var, səhhətində problem olduğuna görə 7 ay ərzində ödəniş edə bilməmişdir. Fərdi əməklə məşğul olur, əldə etdiyi gəlirlə ailəsinin sosial öhdəliklərini təmin edir. İcra məmuru tərəfindən işlə təmin edilməsi təkliflərinə əmək haqqının məbləğindən qane olmadığı üçün bir neçə dəfə imtina etmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs1 öz izahatında bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 2(002)-6164/2016 saylı icra sənədi üzrə cavabdeh Şəxs borc aldığı 8300 manat, faizə görə 6000 manat və ödənilmiş 31 manat dövlət rüsumu, cəmi 14331 manat məbləğində pul alınaraq onun xeyrinə ödənilməlidir. Atası xəstədir, borcluya borcunu ödəməsi üçün kifayət qədər vaxt vermişdir. Borclu tərəfindən onun xeyrinə 15 avqust 2022-ci il tarixdə 200 manat olmaqla, ümumilikdə 2450 manat ödəniş edilmişdir. Hazırkı günə mövcud olan 11885 manat borcunun tam şəkildə ödənilməsini istəyir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs2 öz izahatında bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(002)-1915/2018 saylı icra sənədi üzrə cavabdeh Şəxs 11200 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməlidir. Borclu Şəxs tərəfindən onun xeyrinə 12 avqust 2022-ci il tarixdə 200 manat ödəniş edilmiş, 9400 manat borc isə qalmaqdadır. Borcunun tam şəkildə ödənilməsini istəyir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 2(002)-6164/2016 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs borc aldığı 8300 manat, faizə görə 6000 manat və ödənilmiş 31 manat dövlət rüsumu, cəmi 14331 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra Şöbəsinin 27 yanvar 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 2(002)-6164/2016 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ Rayon İcra Şöbəsinin Şəxs ünvanladığı 27 yanvar 2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. Həmin bildiriş borclu tərəfindən xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(002)-1915/2018 saylı icra sənədi üzrə cavabdeh Şəxs 11200 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra Şöbəsinin 26 oktyabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(002)-1915/2018 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ Rayon İcra Şöbəsinin Şəxs ünvanladığı 26 oktyabr 2018ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 2(002)-6164/2016 nömrəli, 11.1.2016-cı il tarixli və 2(002)-1915/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə edilmiş əmlak məlumatlarından görünür ki, borclunun mülkiyyətində Toyota Land-Cruiser Prado minik markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Qaradağ Rayon Məşğulluq Mərkəzinin 09 avqust 2018-ci il tarixli 575 nömrəli məktubundan görünür ki, Şəxs Mərkəzə dəvət olunaraq ona 32517 saylı işaxtaranın fərdi qeydiyyat vərəqəsi açılmışdır. Şəxs "xxxx" ASC-də fəhlə, “Mənzil Kommunal Təsərrüfat Birliyin”də fəhlə, "xxxx" MMC-də fəhlə - iş yerləri təklif olunmuş, sonuncu təklif olunmuş iş yerlərindən əmək haqqı və iş şəraiti onu qane etmədiyi səbəbindən imtina etmiş və özünün yaşayışını və cərimənin ödənilməsi üçün əmək haqqı yüksək olan işlə təmin olunmaq arzusunda olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 1 saylı Ərazi Məşğulluq filialının 03 sentyabr 2021-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, Şəxs ilə əlaqə saxlanılmış ona Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindəki mövcud olan vakansiyalar ilə tanış edilmişdir. Eyni zamanda Şəxs xx.xx.2020-ci il tarixindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində iş axtaran vətəndaş kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş qəbzlərdən müəyyən edilmişdir ki, Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs1 Əliyar oğlunun hesabına 24 aprel 2018-ci il tarixdə 400 manat məbləğində, 02 iyul 2018-ci il tarixdə 150 manat məbləğində, 27 avqust 2018-ci il tarixdə 200 manat məbləğində, 11 sentyabr 2018-ci il tarixdə 200 manat məbləğində, 24 avqust 2021-ci il tarixdə 500 manat məbləğində, 30 iyul 2021-ci il 500 manat məbləğində, 06 yanvar 2022-ci il tarixdə 500 manat məbləğində, 15 avqust 2022-ci il tarixdə 200 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən müəyyən edilmişdir ki, Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs2 hesabına 03 noyabr 2020-ci il tarixdə 500 manat məbləğində, 30 sentyabr 2021-ci il tarixdə 500 manat məbləğində, 13 aprel 2022-ci il tarixdə 800 manat məbləğində, 12 avqust 2022-ci il tarixdə 200 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 2(002)-6164/2016 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs borc aldığı 8300 manat, faizə görə 6000 manat və ödənilmiş 31 manat dövlət rüsumu, cəmi 14331 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. İcra sənədi üzrə icraata 27 yanvar 2017-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(002)-1915/2018 saylı icra sənədi üzrə cavabdeh Şəxs 11200 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. İcra sənədi üzrə icraata 26 oktyabr 2018-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin məhkəmənin 13 aprel 2022-ci il tarixli qərarı ilə Şəxs əməlində inzibati xəta tərkibi olmadığı nəticəsinə gəlinmiş və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra həmin qərardan Tələbkar Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, borclu Şəxs tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı öhdəliyi 2017-ci ildən bəridir ki, davam edir. Bu müddət ərzində borclu Şəxs borcunu ödəməkdən mütəmadi olaraq yayınması nəticəsində hər iki tələbkara münasibətdə ümumilikdə ödənilməmiş 21,281 manat borcu yaranmışdır. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Qaradağ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı ilə Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verildikdən sonra sonuncu yalnız iş məhkəmədə yenidən baxışa təyin olunduqdan sonra 12 avqust 2022-ci il tarixdə 200 manat və 15 avqust 2022-ci il tarixdə 200 manat olmaqla hər iki icra sənədi üzrə ümumilikdə 400 manat ödəniş etmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Şəxs 12 avqust 2022-ci il tarixdə 200 manat və 15 avqust 2022-ci il tarixdə 200 manat məhkəmə iclasları dövründə borcundan ödəməsi məhs onun ödəmə imkanının olmasını təsdiqləyir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı borclu Şəxs mütəmadi olaraq borcu ödəməkdən boyun qaçırması, həmin borcun ödənilməsi istiqamətində heç bir addım atmaması onun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 15 avqust 2022-ci il tarixdən, saat 10:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 15 avqust 2022-ci il tarixdən, saat 10:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Qaradağ Rayon İcra Şöbəsinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar