Məhkəmə qərarları › İş №3(002)-462/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-462/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-462/2025 14.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abbasova (Babayeva) Xəyalə Bakir qızının iştirakları ilə, xx xxxx 1983-cü ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Abbasova (Babayeva) Xəyalə Bakir qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, borclu Abbasova (Babayeva) Xəyalə Bakir qızının barəsində protokol tərtib edərək, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-1305/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e- 2-2(115)-1305/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2022ci il tarixli 361938-CNS-41628 saylı kredit müqaviləsi üzrə 1727 manat 97 qəpik məbləğində əsas borc, 160 manat 76 qəpik məbləğində faiz borcu, 35 manat cərimə borcu olmaqla ümumilikdə 1923 manat 64 qəpik məbləğində borc, 60 manat məbləğində mediasiya xərci və 36 manat 36 qəpik dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra müvafiq olaraq 14 noyabr 2023-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclunun yaşadığı yer müəyyən edilmədiyindən barəsində “borclunun axtarışı haqqında” qərar qəbul olunaraq Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Bu gün, yəni 14 mart 2025-ci il tarixdə Qaradağ RPİnin 10-cu PŞ-nın əməkdaşları tərəfindən Qaradağ rayon İcra Şöbəsinə təhvil verilmişdir. Borclunun “Bank VTB (Azərbaycan)” ASC-yə 2020 manat borcu vardır. İndiyədək qeyd olunan məbləğdən heç bir ödəniş edilməmişdir. Buna görə də borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 14 mart 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu Şəxsnun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, tələbkar “Bank VTB (Azərbaycan)” ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq həmin iş yükünün çoxluğu ilə əlaqədar nümayəndənin məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etdiklərini bildirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abbasova (Babayeva) Xəyalə Bakir qızı öz izahatında bildirmişdir ki, faktiki evlidir. Dərzi işləyir. Himayəsində iki uşağı olmaqla, onlardan qızı X5 yetkinlik yaşına çatmayan şəxs olmaqla yeni əməliyatdan çıxıb, buna görə də borcundan ödəniş etmək üçün heç bir imkanının olmadığını, şərait yaradılcağı təqdirdə isə yuxarıda qeyd olunan borcundan kifayət qədər ödənişlər edəcəyini bildirərək iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün icra məmurunun çağırışlarından xəbərsiz olmuş, polis şöbəsindən daxil olmuş zəng əsasında icra şöbəsinə yaxınlaşmışdır. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Bundan başqa icra məmurunun çağırışlarına da məhəl qoymaraq gəlməmişdir. Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 14 mart 2025-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 26 yanvar 2009-cu il tarixdə doğulmuş X4 anası Abbasova (Babayeva) Xəyalə Bakir qızıdır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir yetkinlik yaşına çatmayann uşağının olmasını, qeyd olunan icra işləri ilə bağlı ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və yaranmış borcundan qısa müddətdə ödənişlər edəcəyini öhdəsinə götürməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Babayeva (Abbasova) Xəyalə Bakir qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar