Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-464/2021 23.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X1 iştirakı ilə xx xxx 1972-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Şəxs “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərini pozaraq, xx xxxxxx 2021-ci il tarixli (protokol 02) qərarın surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə) 5 iş günü müddətinə deyil, həmin müddətdən 4 gün gec (xx xxxx 2021-ci il tarixdə) göndərilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən xx xxxx 2021-ci il tarixdə Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin nümayəndəsi, Qaradağ rayonu Müşfiqabad bələdiyyəsi Ümumi Şöbənin müdiri X2 öz izahatında göstərdi ki, Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Şəxs özünü İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilir, bələdiyyənin sədri xx xxxxxx 2021-ci il tarixli qərarını inzibati nəzarəti həyata keçirən orqana qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq göndərilməli olduğunu bilir, lakin sərt karantin rejimi ilə əlaqədar işçilərin işə gələ bilməməsinə görə və bələdiyyənin yerləşdiyi ərazidə internet şəbəkəsində yaranan problemlərlə əlaqədar qərarı vaxtında göndərə bilməmişdir. Qeyd olunanların, Qaradağ rayonu Müşfiqabad bələdiyyəsi sədrinin əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınaraq Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Şəxs barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, inzibati işə mərkəzin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Şəxs İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Şəxs “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərini pozaraq, xx xxxxxx 2021-ci il tarixli (protokol 02) qərarın surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə qəbul edildiyi andan 5 iş günü müddətinə göndərməli olduğu halda, həmin müddətdən gec göndərmişdir. Belə ki, işdə olan xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqından protokoldan görünür ki, xx xxxxxx 2021-ci il tarixli (protokol 02) qərarın surəti qəbul olunduqdan 5 iş günü keçdikdən sonra, yəni xx xxxx 2021-ci il tarixdə aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmiş, habelə Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Şəxs protokoldaki izahatında mövcud qanunvericiliyin tələblərini pozduğunu etiraf etmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilmişdir ki, bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktların; bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların; yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktların; yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarların; bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların; bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların; qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qaradağ rayonu Müşfiqabad bələdiyyəsinin sədri Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-464/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-464/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver