Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-466/2021 09.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin bundan sonra - (Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş xx xxxx 2021-ci il tarixli, 00100-0430/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı səhəri, Qaradağ rayonu, Sahil ŞTQ, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 1 ədəd “Feldbinder” varımqoşqu və 1 ədəd “xxxx" yük avtomaşını yükü **********3262 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixədək 1 (bir) il müddətinə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********3262 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2021-ci il tarixində bitməsinə baxmayaraq **********3262 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd “Feldbinder" varımqoşqu və 1 ədəd “xxxx” yük avtomaşını yükünün müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********3262 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən malların müvəqqəti ixrac müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, həmin malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı Şəxs MMC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 6 (altı) gün sonra, yəni xx.xx.2021-ci il tarixdə xx/xx/006515 qeydiyyat nömrəli ərizə ilə Bakı Bas Gömrük İdarəsinə müraciət edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən həmin yüklərin müvəqqəti idxal müddəti bitməmiş Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddəslərinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 1 ədəd “Feldbinder” yarımqoşqu və 1 ədəd “xxxx” yük avtomaşını yükü **********3262 sorğu nömrəli xx.xx.2020- ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixədək 1 (bir) il müddətinə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********3262 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2021-ci il tarixində bitməsinə baxmayaraq **********3262 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd “Feldbinder” yarımqoşqu və 1 ədəd “xxxx” yük avtomaşını yükünün müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı Şəxs MMC-nin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən 1 ədəd “Feldbinder” yarımqoşqu və 1 ədəd “xxxx” yük maşını yükü **********3262 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixədək 1 (bir) il müddətinə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş, həmin yük avtomaşını Gürcüstanın Tetriskaro şəhərinin Marabda qəsəbəsində istifadə edilməsi məqsədi ilə müvəqqəti olaraq şirkət tərəfindən Gürcüstana göndərilmiş, həmin yüklərin müvəqqəti ixrac müddətinin bitmə tarixini unutduqları səbəbindən yüklərin müvəqqəti ixrac müddəti pozulmuşdur, sözügedən yük avtomaşınının müvəqqəti ixrac müddətini uzatmaq niyyətindədirlər, bununla əlaqədar olaraq malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı xx.xx.2021 -ci il tarixdə şirkət tərəfindən gömrük orqanına ərizə ilə müraciət edilmişdir. Həmçinin, o izahatında gömrük qaydalarının pozulduğunu etiraf etdiklərini və qanunla nəzərdə tutulmuş cəriməni ödəməyə hazır olduqlarını bildirmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********3262 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən malların müvəqqəti ixrac müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, həmin malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı Şəxs MMC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 6 (altı) gün sonra, yəni xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********3262 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli ərizənin sürətindən görünür ki, Şəxs MMC-nin direktoru Ə.Dadaşov Bakı Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək görülən işlərin davam etdirilməsi ilə əlaqədar **********3262 sorğu nömrəli gömrük bəyannaməsi üzrə müvəqqəti ixrac müddətinin 1 ilədək uzadılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixli 00100-0430/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X3 xx.xx.2021-ci il tarixli 00100-0430/21 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 499.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, materiala əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, Şəxs” MMC tərəfindən **********3262 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd “Feldbinder” yarımqoşqu və 1 ədəd “xxxx” yük maşınlarının ixrac müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edilsə də, hüquqi şəxs tərəfindən yalnız qanunla müəyyən olunmuş müddət bitdikdən altı gün sonra xx.xx.2021-ci il tarixdə müddətin uzadılması ilə bağlı ərizə ilə gömrük orqanına müraciət edilmişdir. Məhkəmə, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək, hüquqi şəxs qismində həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-466/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-466/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver