Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-467/2025 18.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkil X6 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(002)-102/2023 saylı icra sənədinə əsasən mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı çıxarılanadək X2 xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək ünsiyyət qaydası nəzərdə tutulmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin icrasına mane olmuş, icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X11 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, cavabdeh Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda tələbkarın şikayəti əsasında borclu barədə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirmişdir ki, borclu Şəxs hazırki tarixdə icra sənədinin icrasını tam təmin etmiş, uşağın ana ilə görüşü baş tutmuş və bu faktı təsdiq edən akt tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək qeyd etmişdir ki, o, uşaqların anası ilə görüşməmələri üçün onlara təsir və ya təzyiq etməmişdir. O, uşağın icra şöbəsinə gətirilməsi üçün məhkəmədən vaxt istəmişdir. Hazırki tarixdən etibarən də hər həftənin şənbə günü uşağın anası ilə görüşməsini təmin edəcəyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq Şəxs bildirmişdir ki, uşaqların anaları ilə görüşünə heç bir etirazı yoxdur. Bəzi hallarda uşaq anası ilə görüşməyə gəlmək istəməmiş, o da azyaşlı övladının psixoloji vəziyytini nəzərə alaraq onun həmin görüşə gəlməsinə təkid etməmişdir. Məhkəmə iclasında tələbkar X4 bildirdi ki, cavabdeh Şəxs tərəfindən uşaqların onunla görüşünə maneə yaradılır. Borclu uşaqlara psixoloji təsir edərək, onunla görüşməsindən imtina etməsinə nail olur. Məhkəmə iclasında vəkil X12 çıxışında bildirdi ki, borclu tərəfindən uşaqların anaları ilə görüşməsinə heç bir maneə yaradılmamış, əksinə qərardadda nəzərdə tutulmayan günlərdə də uşaqları anaları ilə ünsiyyətdə olması üçün aparmışdır. Həmçinin icra sənədində borclunun üzərinə uşaqların tələbkarla görüşünə icazə verməsi, görüşə mane olmaması kimi öhdəliklər qoyulmuşdur. Lakin, borclunun üzərinə tələbkarla görüşmələri üçün uşaqları təlimatlandırmaq vəzifəsi qoyulmamışdır. Bu səbəbdən sonuncunun əməlində inzibati xəta tərkibi yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edirəm. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(002)-102/2023 saylı icra sənədinə əsasən Mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı çıxarılanadək X2 xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək ünsiyyət qaydası nəzərdə tutulmuşdur. İcraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(002)-102/2023 saylı icra sənədləri üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(002)-102/2023 saylı icra sənədinə əsasən Mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı çıxarılanadək X2 xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək ünsiyyət qaydası nəzərdə tutulmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin icrasına mane olmuş, icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 3(002)-69/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə borclu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həmin tarixdə İcra sənədinin icrası ilə bağlı tələbkar və borclu Qaradağ rayon icra şöbəsinə dəvət edilmişlər. İcra sənədinin icrası ilə bağlı xx.xx.2025-ci il tarixdə icra şöbəsinin inzibati binasında X7 övladı ilə görüşü təşkil edilmiş və görüş baş tutmuşdur. Həmin akt borclu, tələbkar və hal şahidləri tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən qərəzli törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, borclu barəsində İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya inzibati həbs tənbeh tədbirinin tətbiq ediməsi yuxarıda göstərilənlərə əsasən məqsədə müvafiq deyildir, həmçinin həmin maddənin qeyd hissəsi nəzərə alınaraq borclu məsuliyyətdən azad edilməlidir. Belə ki, məhkəmə qərar qəbul edənədək inzibati xətanı törətmiş borclu tərəfindən icra sənədi icra edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X3 anası X4 ilə saat 09:00 da görüşmüş və onlar 15:00-a dək birgə vaxt keçirmişlər. Bundan başqa müəyyən edilmişdir ki, X4 övladları ilə ünsiyyətdən məhrum edilməmişdir. Məhkəmə qərardadı ilə müəyyən edilmiş günlərdə görüşlərin baş tutmaması isə bilavasitə uşağın həmin görüşlərdən imtina etməsi ilə əlaqədardır. Borclu tərəfindən isə iddiaçının övladları ilə ünsiyyətinin təmin edilməsinə maneə törədiləcək hər hansı fakt təsdiqini tapmamışdır. Eyni zamanda icra sənədinə əsasən borclunun üzərinə tələbkarla görüşmələri və ya tələbkar barədə müsbət fikir yaratmaq üçün uşaqları təlimatlandırmaq, onlarla danışıqlar aparmaq vəzifəsi qoyulmamışdır. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin maddənin qeyd hissəsinin tələbinə əsasən xitam verilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin maddənin qeyd hissəsinin tələbinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-467/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-467/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver