Məhkəmə qərarları › İş №3(002)-468/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-468/2021

02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-468/2021 02.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən məhkəməyə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs-nin ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, ünvan 1dilmişdir. Lakin iş materiallarına əlavə edilmiş Səbail RPİ-nin xx xxxxxx 2020-ci il tarixli Şəxs-yə göndərdiyi məktubda isə ünvan ümumiyyətlə göstərilməmiş, məktuba əlavə edilmiş reyestrin çıxarışında isə Şəxs-nin ünvanı Bakı şəhəri, Oktay Vəliyev 23/60 ünvanı kimi qeyd edilmişdir. Bundan başqa Şəxs-nin ünvanına göndərilmiş məktub xx xxxxxx 2020-ci il tarixdə tərtib edilsə də göndərilən məktubun reyestri poçt tərəfindən xx xxxxxx 2020-ci il tarixdə təsdiqlənmişdir. Bundan başqa iş materiallarına isə Şəxs-nin həqiqətən də hansı ünvanda yerləşməsinə dair heç bir sənəd əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Səbail RPİ-nin DYPŞ-si tərəfindən Şəxs-nin ünvanına göndərilən məktublar formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər natamam olduğundan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar