Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-469/2025 17.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 17 mart 2025-ci il tarixli, MN ******* saylı inzibatı xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan aydın olur ki, borclu Şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2671/2018 saylı, 06 avqust 2018-ci il tarixli icra vərəqəsinə əsasən yığılmış aliment borcu 13244 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X10 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli, 2(006)-2671/2018 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu aliment borcundan heç bir ödəniş etməmiş, bu günə 13244 manat aliment borcu yığılmışdır. Borclunun yaşadığı yer məlum olmadığından barəsində 15 yanvar 2025-ci il tarixdə “borclunun axtarışı haqqında” qərar qəbul edilmişdir. Bu gün, yəni 17 mart 2025-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nın əməkdaşları tərəfindən Qaradağ rayon İcra Şöbəsinə təhvil verilmişdir. Hal-hazırda borclu tərəfindən aliment borcunun ödənilməsi üçün hər hansı bir təşəbbüs göstərilmədiyindən onun barəsində İXM-nin 528.1ci maddəsi ilə 17 mart 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında işitrak edən tələbkar X5 öz izahatında bildirmişdir ki, borclu Şəxs aliment borcundan bu günədək ona heç bir ödəniş etməmiş, hal-hazırda 13244 manat aliment borcu yaranmışdır. Odur ki, yaranmış aliment borcunun tam şəkildə ödənilməsini, bu baş vermədikdə isə borclunun inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır və indiyədək aliment borcundan yaxınları tərəfindən 400-500 manat ödəniş edilmişdir. Özü “ağciyərlərin infilatriv vərəmi, dağılma mərhələsi. TDM (-) mənfi” diqanozu ilə vərəm xəstəliyindən əziyyət çəkir. İndiyədək fərdi qaydada gözətçi işləməklə özünü və himayəsində olan 30 yaşlı epilepsiya xəstəsi olan oğlunu dolandırmaqda çətinlik çəkir. Hal-hazırda ödəniş etmək üçün heç bir imkanı yoxdur. Şərait yaradılacağı təqdirdə yaranmış aliment borcundan müəyyən ödənişlər edəcəkdir. Həmçinin borclarını ödəməkdən qəsdən yayınmamasını qeyd edərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmiş və icra məmurunun çağırışlarına məhəl qoymamışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 17 mart 2025-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və böyük icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş qətnaməni tam icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu qısa müddətdə ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 17 mart 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-469/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-469/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver