Məhkəmə qərarları › İş №3(002)-470/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-470/2022

16.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-470/2022 16.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi, polis leytenantı X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-ci PB-nin sahə rəisi, polis leytenantı X6 Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 16 aprel 2022-ci il tarixdə MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edərək aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Protokollar 12.04.2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar əsasında tərtib edilmişdir. Qeyd olunan qərarlara və protokollara əsasən, Şəxs 31 mart 2022-ci il tarixdə və 03 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “AL” marketdən ümumi olaraq iki ədəd, cəmi dəyəri 45 manat təşkil edən kərə yağlarını oğurlamışdır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bildi və izahatında bildirdi ki, hazırda işsizdir. Həqiqətən 31 mart 2022-ci il tarixdə və 03 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “AL” marketdən ümumi olaraq iki ədəd, cəmi dəyəri 45 manat təşkil edən kərə yağlarını oğurlamışdır. Daha sonra vurulan ziyanı ödəmişdir, lakin zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Əməlindən peşmandır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “AL” marketdə maddi məsuliyyət daşıyan şəxsdir, maddi ziyan bilavasitə özünə dəymişdir. Şəxs 31 mart 2022-ci il tarixdə və 03 aprel 2022-ci il tarixdə həmin marketdən ümumi olaraq iki ədəd, cəmi dəyəri 45 manat təşkil edən kərə yağlarını oğurlamışdır. Sonradan maddi ziyan ödənilmişdir. Lakin əməli törədən şəxslə barışmır, onu bağışlamır, həmin şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, inzibati xəta haqqında materialı tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan 12.04.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan və Qaradağ RPİ-nin 10-ci PB-nin sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib olunmuş MN ******* saylı və MN ******* saylı saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 31.03.2022-ci il və 03.04.2022-ci il tarixlərində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “AL” marketdən ümumi olaraq iki ədəd, cəmi dəyəri 45 manat təşkil edən kərə yağlarını talamışdır. Qeyd olunanları, inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, inzibati xətalar qanunvericiliyinin vəzifələri ilə bağlı Azərbaycan Respublikasının İXM-nin 2-ci maddəsinə əsasən, mülkiyyətin, şəxslərin iqtisadi maraqlarının, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması zərurətini, dəymiş ziyanın ödənildiyini, lakin zərərçəkmiş şəxslə barışıq əldə olunmadığını, işin sair hallarını nəzərə alaraq, məhkəmə Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28, 114- 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlı̇ k edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar