Məhkəmə qərarları › İş №3(002)-472/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-472/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-472/2021 09.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1977-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3 (003)-320/2021 nömrəli qərardadına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materialın aidiyyatı üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış və həmin material xx xxxx 2021-ci il tarixli müşayət məktubu ilə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmiş, xx xxxx 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Sərhəd Mühafizəsinin MRŞ-nin “Sahil” SNB-nin rəisi X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 07:30 radələrində Puta limanı ərazisindən Xəzər dənzinə çıxmış sahildən 35 mil aralıda su-sərhəd rejiminə icazəsiz daxil olmaqla inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə Puta limanı ərazisindən Xəzər dənzinə çıxmış sahildən 35 mil aralıda su-sərhəd rejiminə icazəsiz daxil olaraq balıq tutmaq niyyətində olmuşdur. Balıq tutmaqla ailəsinin maddi ehtiyaclarını ödəyir, inzibati xətanın bilavasitə predmeti olan qayıq müsadirə ediləcəyi halda onun maddi durumuna mənfi təsir göstərəcəkdir. Əməlindən peşmandır. Göstərdiklərinin nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə -gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 07:30 radələrində Puta limanı ərazisindən Xəzər dənzinə çıxmış sahildən 35 mil aralıda su-sərhəd rejiminə icazəsiz daxil olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxsnın əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin maddədə nəzərdə tuulmuş həddə inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməməklə inzibati cərimə növündə tənbeh edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməməklə 250 (iki yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar