Məhkəmə qərarları › İş №3(002)-473/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-473/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-473/2022 18.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, DİN-in BDYPİ-nin YPXA-nın 6-cı tağımın baş inspektoru, polis kapitanı X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 18 avqust 1995-ci il tarixdə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Ərəbqədim kəndində qeydiyyatda olmaqla Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 6 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 26 mart 2022-ci il tarixdə, saat 18:20 radələrində Bakı-Qazax yolunun 53-cü kilometrində etibarnamə olmadan idarə etdiyi “Khazar SD” minik markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr qaydasını pozmuş, nəticədə idarəetməni itirib qarşıdan gələn “Ford Focus” minik markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və hadisə yerindən yayınmışdır. Qeyd olunan hadisə ilə bağlı, DİN-in BDYPİ-nin YPXA-nın 6-cı tağımın baş inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 332.1, 332.3 və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 18 aprel 2022-ci il tarixli AP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən DİN BDYPİ YPXA-nın 6-cı tağım baş inspektoru, polis kapitanı X3 öz izahatında protokolu müdafiə edərək, sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunmasnı xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, 26 mart 2022-ci il tarixdə, saat 18:20 radələrində dostuna məxsus “Khazar SD” markalı ** PC *** dövlət nömrə nişanlı avtomaşınla Bakı- Qazax yolunun 53-cü kilometrində yolun orta zolağı ilə saatda 90-100 km sürətlə hərəkət edirmiş. Mobil telefonu əlindən maşının salonuna düşdüyündən sükan arxasından əyilib telefonunu götürərəkən qarşıda hərəkətdə olan “Ford Focus” markalı, ** MG *** nömrəli avtomaşının eyni istiqamətdə qarşısında hərəkət etdiyini görmüş, həmin avtomaşınla toqquşmamaq üçün orta zolaqdan sağa manevr etdikdə yolun sağ tərəfində yerə quraşdırılan beton dirəyə dəyib idarəetməni itirmişdir. Bu zaman artıq yolun üçüncü zolağında çəpəki vəziyyətdə hərəkətdə olan “Ford Focus” markalı, ** MG *** nömrəli avtomaşınla yan hissədən toqquşmuşdur. Toqquşma nəticəsində hər iki avtomobilə ciddi ziyan dəymiş, lakin onun avtomaşınında xəsarət alan olmamışdır. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2018, ban nömrəsi 1FADP3FE8JL286493, tip sedan, mühərrik JL286493, rəngi ağ, “Ford Focus” minik” markalı, ** MG *** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, buraxılış ili 2021, ban nömrəsi XTA**********2976NVAW01HHFME323221,tipsedan, mühərrik **********H0594839, qara rəngli, “Khazar SD minik” markalı, ** PC *** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi “Azərmaş MMC” oğlu etibar edilən X1r. Məhkəmə Şəxs barəsində tərtib edilmiş 18 aprel 2022-ci il tarixli AP ******* saylı protokolu və həmin protokolda qeyd olunan maddələri nəzərdən keçirib, hesab edir ki, o, İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tədbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində göstərilir ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən yuxarıda qeyd olunan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar