Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-476/2021 20.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İnzibati qərardan şikayət vermiş X2 iştirakı ilə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Natiq Camalov tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X3 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Natiq Camalov tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati qərardan şikayət vermiş X3 öz izahatında verilmiş şikayəti müdafiə edərək bildirmişdir ki, Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-nin sahə rəisi, polis baş leytenantı Ariz Gülməmmədov tərəfindən barəsində İXMnin 211.1 -ci maddəsi ilə xx.xx.2021-ci ildə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər Qaradağ rayonu 38-ci PB- nin rəisi, polis polkovnik-leytenantı Natiq Camalov tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* saylı qərarla o, İXM-nin 211.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə vəzifəli şəxs kimi 4000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən “Bata-Bat” kafesini icarəyə götürərək işlətmişdir. xx xxxx 2021-ci ildə əsgər yoldaşları onun yanına qonaq gəlmişdilər. Bir qədər oturub söhbət etdikdən sonra dostları özləri ilə gətirdiyi qəlyandan istifadə etmişlər. Həmin gün yəni xx xxxx 2021- ci İl tarixdə polis əməkdaşları kafeyə daxil olduğu vaxt dostlarının qəlyan çəkdiyini görmüş və buna görə də onun barəsində vəzifəli şəxs kimi protokol tərtib edilmişdir. Polis əməkdaşları kafeyə gələrkən orada başqa müştəri olmamışdır. O, polis əməkdaşlarına qəlyanın ona məxsus olmadığını və dostlarının özləri ilə gətirdiklərini bildirsə də ona 3000 manat cərimə yazılmışdır. Sonradan həmin qərarda hansısa naməlum səbəbdən düzəliş edilərək cərimənin məbləği 4000 manat qeyd edilmişdir. Onun barəsində protokol tərtib edilmiş, həmin protokol əsasında da əsassız olaraq qərar qəbul edilmişdir. Bundan başqa protokolda da düzəliş edilmiş, əvvəl 3000 manat cərimə yazılsa da sonradan üzərində düzəliş edilrək 4000 manat göstərilmişdir. O, İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Odur ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi, polis polkovnikleytenantı Natiq Camalov tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə təkrarən məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, inzibati araşdırmaya dair material məhkəməyə təqdim edilməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını və təqdim etdiyi sənədləri nəzərdən keçir hesab edir ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi, polis polkovnikleytenantı Natiq Camalov tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən aydın olur ki, X2 Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən “Bata-Bat” kafesində müştərilərə qəlyan verməsi polis əməkdaşları tərəfindən aşkar olunmuşdur. Buna görə də onun barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Həmin protokol İXM-nin 100-cü maddəsinin tələblərinə riayət edilmədən, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar (yəni həmin şəxsin həqiqətən də vəzifəli şəxs olub-olmaması, qeyd olunan inzibati xətanın vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə törədilməsi), inzibati xətanın törədildiyi vaxt və yer, şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın konkret nədən ibarət olması və s. hallar göstərilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən aydın olur ki, X1 qəsəbəsi, E.Quliyev küçəsində yerləşən “Bata-Bat” kafesində müştərilərə qəlyan verərək karantin qaydasını pozduğu üçün İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərardan aydın olur ki, cərimənin məbləği göstərilən hissə sonradan təkrar düzəliş edilməklə dəyişdirilmiş, lakin qərarda bu barədə müvafiq qeyd aparılmamışdır. Belə ki, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” təlimatın 18-ci bəndində göstərilir ki, sənədin düzgün tərtibi, məzmununun aydın ifadə edilməsi və üslubu, tapşırığın vaxtında və keyfiyyətlə yerinə yetirilməsi bilavasitə icraçının vəzifəsidir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X3 barəsində inzibati araşdırma aparılaraq inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, o cümlədən inzibati tənbeh vermə haqqında qərarda sonradan düzəliş edilməklə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Natiq Camalov tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində tətbiq olunmuş inzibati tənbeh vermə haqqında Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Natiq Camalov tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-476/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-476/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver