Məhkəmə qərarları › İş №3(002)-476/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-476/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-476/2025 01.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X8 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 12 mart 2025-ci il tarixli, EQ/23988847 saylı inzibati tənbeh vermə haqqında qərardan X14 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan rayonu, Həkəri dayanacaq ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan X14 ərizə ilə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 oktyabr 2024-cü il tarixində törədildiyi iddia edilən inzibati xəta barədə 12 mart 2025-ci il tarixli, EQ/23988847 saylı protokol üzrə 12 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, 05 oktyabr 2024-cü il tarixdə atası X4 məxsus olan xx.xx.2023-cü il tarixində Bakı şəhəri 53 saylı notariat ofisində verilmiş 7E-6301 reyestr nömrəli etibarnamə əsasında idarə etdiyi “Kia Sorento” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilə Yasamal rayonu Mətbuat prospektində xx.xx.2024-cü il tarixli, EQ 23988847 saylı protokol üzrə xx.xx.2024-cü il tarixində saylı Elektron Qərar qəbul edilmişdir. Elektron qərar xx.xx.2024-cü il tarixində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan atası hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlil, teqaüdçü, işsiz X2 ASAN ödəniş sistemindəki şəxsi kabinetinə yerləşdirilmişdir. Qərardan Yasamal Rayon Məhkəməsinə şikayəti əsasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5403/2024 nömrəli iş üzrə xx.xx.2024 tarixli Qərarı ilə inzibati tənbehvermə haqqında Qərar ləğv edilmiş və iş yenidən baxılması üçün geri göndərilmişdir. (İXM-nin 135.1.6 maddə ilə müəyyən edilmiş halda (işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması). Qərar inzibati orqan tərəfindən icra olunmamış, və atası X6 xx.xx.2024-cü il tarixində DİN-ə müraciət edərək Qərarın icra olunması, cərimənin ləğv edilməsi istiqamətində köməklik göstərilməsini xahiş etmişdir. Qərar ləğv olunaraq iş yenidən araşdırılmaq əvəzinə atasının kabinetindən silinərək, eyni tarixli qərarla xx.xx.2024-cü il tarixində onun kabinetinə yüklənmişdir. X16 Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixli şikayət ərizəsi əsasında baxılmış iş üzrə X9 05 oktyabr 2024-cü il tarixli, EQ 23988874 saylı protokol üzrə İXM-nin 346.9-cu maddəsinə əsasən inzibati tenbeh edilmesinə dair qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılması barədə 3(002)-3150/2024 üzrə xx.xx.2024-cü il il tarixli Qərar verilmişdir. Məhkəmənin qərarı yenə də icra olunmamış, bununla bağlı Daxili İşlər Nazirliyinə müraciəti əsasında xx.xx.2025-ci il tarixində protokol və qərarın yalnız tarixi dəyişdirilmiş yenidən kabinetdə olduğu kimi saxlanılmışdır. Yenidən araşdırılaraq mənim iştirakı ilə baxılmamış, sadəcə qərarın tarixi dəyişdirilmişdir. Onlar protokol tərtib edildiyi tarixdə saat 17:25 radələrində anası X1 yaranmış problemlə əlaqədar həmin ərazidə yerləşən 19 nömrəli Şəhər Poliklinikasına gəlmişlər. Anasına həkim-nevroloq tərəfindən "G45.0-vertebrobazilyar arterial sistem sindromu" diaqnozu qoyulmuş və müvafiq ambulator müalicə təyin edilmişdir. Anası mütəmadi, uzun illərdir baş-beyinlə əlaqədar bir çox xəstəliklərdən əziyyət çəkir, 2019-cu ildə beyin əməliyyatı keçirib. Həmin ərazidə nəqliyyat vasitəsini saxlamaq üçün yer tapıb poliklinikada həkimə yaxınlaşmışlar. xx.xx.2024-cü il tarixində atasının telefonuna baxan zaman AsanPay-dǝn qanunvericiliyin müvafiq tələblərinə uyğun olmayan SMS bildirişin gəldiyini görmüşdür. Daha sonra şəxsi kabinete baxdığı zaman Azərbaycan Respublikasının İXM-nin 346.9. maddəsinə əsasən "Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə" altmış manat məbləğində və 2 bal cərimə edildiyini görmüşdür. Hələ də düşünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23988847 saylı protokol üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli elektron qərar tamamilə əsassızdır və qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, 05 oktyabr 2024-cü il tarixdə, saat 17.25 radələrində atası X5 məxsus olan xx.xx.2023-cü il tarixində Bakı şəhəri 53 saylı notariat ofisində verilmiş 7E-6301 reyestr nömrəli etibarnamə əsasında idarə etdiyi Kia Sorento markalı 77LH575 dövlət qeydiyyat nişanlı avtomobili anasının səhhəti ilə əlaqədar təcili müraciət etməli olduğu 19 nömrəli Şəhər Poliklinikasının binasının yaxınlığında saxlamışdır. Avtomobili saxladığı yer səki deyil, yolun yalnız bir tərəfində ağacların əkilməsi üçün nəzərdə tutulmuş torpaq örtüklü hündürlük maneəsi ilə binanın qarşısını ayıran (eni təxmini 5-7 metr, uzunluğu 15-20 metr olan) yolun asfalt örtüyüdür. Əgər həmin yerdə səki tələblərinə cavab verən meyar olardısa, istifadəsində olan nəqliyyat vasitesinin texniki imkanı onu səkidə saxlamağa imkan verməzdi. Həmçinin həmin yerdə nəqliyyat vasitəsinin saxlanması vətəndaşların gediş-gəlişinə heç bir maneə törətmir. Binada yaşayan şəxslər, tibb müəssisəsinə müraciət edən şəxslər mütəmadi olaraq öz nəqliyyat vasitələrini burada park edirlər. Bundan əlavə qeyd edilən yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur. Ona görə də o, həmin maddədə (İXM 346.9) göstərilən heç bir tələbi pozmamışdır. Buna görə də hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müəyyən edilmiş inzibati tenbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 23988847 saylı protokol üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli elektron qərar tamamilə əsassızdır, qanunsuz olaraq qəbul edilmiş və bu halda inzibati tənbeh etmə haqqında qərar verilə bilməz. Bundan əlavə, əslində mövcud olmayan inzibati xəta hadisəsini bilavasitə aşkar etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən icraat da Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.6.cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.6.-cı maddəsinə əsasən, bu Məcəllənin 346.1, 346.2, 346.4-346.9, 346-1.1-346-1.4 və 346-1.6- 346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, neqliyyat vasitesinin istifadeçisi barədə inzibati tenbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Lakin qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmış qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmamışdır. Bundan əlavə həmin Məcəllənin 124.6.-ci maddəsində qeyd edilmiş məlumatlandırma ilə bağlı Məcəllənin 125.2.2-ci maddəsinə müvafiq olaraq tətbiq olunmalı olan prosedur da düzgün icra olunmamışdır. Belə ki, İXM-nin 125.2.2.-ci maddəsinə əsasən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Lakin qanunvericiliyin tələbləri pozulmaqla SMS bildirişdə törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği əks olunmamış, elektron kabinetdə də törətdiyi xətanın qısa məzmunu, aşkar edilmə saatı, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi öz əksini tapmamışdır. Bundan əlavə, operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunsa belə guya sübut kimi əlavə olunan foto şəkillərin üzərində bu bort-kompüterə aid məlumatlar, GPS məlumatları, tarix, saat, yer və məkan barədə məlumatlar öz əksini tapmamışdır. Təqsir qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. Qanunda nəzərdə tutulmamış qaydada şəxsin təqsiri sübuta yetirilə bilməz. Bütün göstərilənlərə əsasən hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Hər bir halda protokolda şəxsin inzibati məsuliyyətə səbəb olan dəqiq əməli (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) göstərilməli, həmin əməlin törədilməsi ilə şəxs razılaşmadıqda protokolda digər sübutlara istinad edilməklə, şəxsin konkret əməl törətməsini qərar qəbul etmiş səlahiyyətli orqan sübut etməlidir. Bundan sonra həmin protokol və sübutlar əsasında inzibati tənbeh qərarı çıxarıla bilər. Çünki İXM-in 75-ci maddəsinə də əsasen inzibati xəta hadisəsi (inzibati xota törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Sübutların nədən ibarət olması isə İXM-də dəqiq müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) esaslana bildiyi hər cür faktik melumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi, şikayətçi inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün əvvəl protokol tərtib edilərək, tərəfin iştirakı ilə onun inzibati xəta törədib- törətməməsi araşdırılmadan, barəsində birbaşa qərar qəbul edildiyindən, həmin qərar işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının nəticəsi olaraq qəbul edilmiş qərar hesab edilə bilməz. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77-83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk avval subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tertib edilmiş şəxs sübut etmeli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Səlahiyyətli orqanın qərarında qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib- törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da hesab edilməlidir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadece İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə celb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin amalin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Qeyd edilənlərə əsasən hesab edirik ki, təqsir qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmelidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilen şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan Məhkəmənin Qərarın ləğv edilmesi və işin yenidən baxılması üçün geri göndərilməsi barədə 2 ayrı Qərarını icra etmemiş, sadəcə cəriməni "addan ada" keçirmiş və ya tarixini dəyişmişdir. Ona görə də düşünürəm ki, Qərar Məhkəmə tərəfindən ləğv edilməli, başlanmış iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməlidir. Əlavə olaraq, nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə qəbul edilmiş inzibati tenbehvermə haqqında qərar 24 saat ərzində şəxsin şəxsi kabinetinə yüklənməlidir. İnzibati orqan isə xx.xx.2024-cü il tarixli qərarını xx.xx.2024-cü il tarixində şəxsin kabinetinə yükləmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixində törədildiyi iddia edilen inzibati xəta barədə xx.xx.2025-ci il tarixli EQ/23988847 saylı Protokol üzrə xx.xx.2025-ci il tarixli Qərar vermişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X14 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, 05 oktyabr 2024-cü il tarixdə atasına məxsus, etibarnamə əsasında idarə etdiyi “Kia Sorento minik” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu, Mətbuat prospektində yerləşən 19 saylı şəhər poliklinikanın yanında saxlamış, lakin atası X7 cərimə olunmuşdur. Belə ki, atası İXM-nin 346.9-cu maddəsinə əsasən “Nizamlanma vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və durmasına görə” 60 manat məbləğində və 2 bal cərimə edilmişdir. O, bu qərardan Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət vermiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)- 5403/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qərarı ilə onun şikayəti qismən təmin olunmuş, DİN BDYPİ-nin 12 mart 2025-cü il tarixli, EQ 23988847 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün DİN BDYPİ-nə göndərilmişdir. Bundan sonra, yəni 08 oktyabr 2024-cü il tarixdə həmin cərimə onun adına yazılmışdır. Həmin qərardan o Qaradağ rayon Məhkəməsinə şikayət vermiş, məhkəmənin 3(002)-3150/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərarı ilə onun 05 oktyabr 2024-cü il tarixli, EQ 23988847 saylı protokol üzrə İXM-nin 346.9-cu maddəsinə əsasən inzibati tənbeh edilməsinə dair qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmışdır. Bundan sonra 12 mart 2025-ci il tarixdə protokol və qərarın yalnız tarixi dəyişdirilərək yeni qərar qəbul edilmişdir. Qərar qəbul olunarkən onun iştirakı təmin edilməmişdir. Əslində isə onun əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Belə ki, “Kia Sorento minik” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili saxladığı yer səki olmamışdır. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edilmiş 12 mart 2025-cü il tarixli, EQ23988874 saylı qərarın icrasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-in Baş X18 İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə əlavə edilmiş 12 mart 2025-cü il tarixli, EQ/23988847 inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X14 12 mart 2025-cü il tarixdə, Yasamal rayonu, Mətbuat prospektində iyi “Kia Sorento minik” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə İXM 346.9-cu maddəsi ilə təqsirli bilinərək elektron qaydada 54 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X14 barəsində DİN-in BDYPİ tərəfindən tərtib edilmiş 12 mart 2025-ci il tarixli, EQ 23988847 saylı protokol üzrə İXM-nin 346.9-cu maddəsinə əsasən inzibati tənbeh edilməsinə dair qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, DİN-in BDYPİ-dən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün xüsusi əhəmiyyətə malik olan, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü sübut və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda göstərilən törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi ilə əlaqədar Yasamal və Qaradağ rayon Məhkəmələrində müvafiq qərarlar qəbul edilərək iş üzrə yenidən araşdırma aparılması zərurəti qeyd edilsə də təkrar heç bir araşdırma aparılmadan oxşar qərar qəbul edilmişdir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X8 şikayəti təmin edilsin. X8 12 mart 2025-ci il tarixli, EQ/23988847 saylı protokol üzrə İXM-nin 346.9-cu maddəsinə əsasən inzibati tənbeh edilməsinə dair qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar