Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-477/2021 16.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Cəbrayıl şəhəri, S.Vurğun küçəsi 40-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X1 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx xxxx 2021-ci il tarixli, TP ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx xxxx 2021-ci il tarixli, TP ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 İdarəsinin rəisi polis polkovniki X2 TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə razılaşmır. Ona məxsus olan Kia Optima minik markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən içkili olmamışdır. Onu aldadaraq sənədə imza atdırmışlar. Məhkəmədən ərizəsinə düzgün maxılmasını xahiş edir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 verilmiş şikayətini müdafiə etdiyini qeyd edib əlavə olaraq izahatında göstərmişdir ki, xx xxxx 2021-ci il tarixli, TP ******* nömrəli qərar ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində təqsirli bilinib 400 manat məbləğində cərimə edilsə də, həmin xətaların tərəfindən törədilməsi ilə bağlı Bakı şəhər X6 İdarəsinin əməkdaşları tərəfindən heç bir sübut təqdim edilməmişdir. Onun barəsində tərtib edilmiş protokoldan narazılığı barəsində dəfələrlə səlahiyyətli orqana şikayət etməsinə baxmayaraq onun şikayətlərinə baxılmamış və sonunda barəsində qanunsuz olaraq qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş xx xxxx 2021-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Bakı şəhər X6 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında qərarı, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, X3 barəsində xx xxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməlidir. Məhkəmə, X4 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə yol verildiyi ehtimal edilən xətaya görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli olmasından ibarət səlahiyyətli orqanın gəldiyi qənaəti təsdiq və ya təkzib edə biləcək sübutların səlahiyyətli orqan tərəfindən təqdim edilməməsi işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozuntu kimi qiymətləndirilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X4 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, X3 barəsində Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx xxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 129.1.3, 133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx xxxx 2021-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-477/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-477/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver