Məhkəmə qərarları › İş №3(002)-478/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-478/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-478/2021 12.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin xx xxxx 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Qaradağ rayon Məhkəməsinə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx xxxx 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında verdiyi şikayəti müdafiə edərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 07:03-də yol polis əməkdaşları onu Bakı şəhəri, Baş X6 İdarəsinin qarşısındakı dairədən üzü “Maşın bazarı” istiqamətində, dairədən təxminən 50-100 metr aralı məsafədə, yəni Yasamal rayonu ərazisində saxlayaraq barəsində əsassız və qanunsuz protokol tərtib etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir nümayəndə iştirak etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, daxil olmuş materialı və tərəfin izhataını nəzərdən keçirərək hesab edir ki, inzibati materiala Yasamal rayon Məhkəməsində baxılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan inzibati xəta hadisəsi Yasamal rayonunun inzibati ərazisində baş vermişdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Hazırki inzibati materiala Qaradağ rayon Məhkəməsində baxılmasına dair məhkəməyə hər-hansı bir vəsatət verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qeyd olunan şikayət ərizəsinə hadisənin törədildiyi ərazinin yerləşdiyi Yasamal rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx xxxx 2021ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün ərazi aidiyyatı üzrə Yasamal rayon Məhkəməsinə göndərilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar