Məhkəmə qərarları › İş №3(002)-479/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-479/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-479/2021 31.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdam rayonu, Əfətli kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, “Yoncalı” yaşayış sahəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş MN ******* saylı xx xxxx 2021-ci il tarixli inzibati protokoldan aydın olur ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 19:00 radələrində Bakı-Qazax yolunun 55-ci kilometrliyində sənədsiz avtomobil nəqliyyat vasitəsini idarə etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə “Niva” markalı avtomobilin sürücüsü Şəxs, 719-saylı DYPŞ-nin 6-cı tağımının YPX-nin əməkdaşlarının qanuni saxla əmrinə tabe olmayaraq nəqliyyat vasitəsiylə hərəkətinə davam etmişdir. Buna görə də işlədiyi yerə qədər polis əməkdaşları tərəfidən təqib olunmuş və saxlanılmışdır. Yoxlama keçirilən zaman avtomobil sürücüsünün sənədlərinin olmadığı və buna görə də nəqliyyat vasitəsini saxlamadığı məlum olmuşdur. Sənədlərinin olmadığı məlum olduqdan sonra polis əməkdaşları ondan nəqliyyat vasiəsinin açarlarını istəsə də Şəxs polisin tələbinə qarşı çıxaraq nəqliyyat vasitəsinin açarlarını polisə təqdim etməmişdir. Bu zaman post-patrul xidmətinin əməkdaşları hadisə yerinə çağırılmış və sürücü Əliyev X3 RPİ-nin 11-ci PB-nə gətirilmişdir. Buna görə də YPX əməkdaşları tərəfindən raport tərtib edilmiş və bundan sonra onun tərəfindən protokol tərtib edilmişdir. Hazırda da protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahat verərək bildirmişdir ki, “Uğur Market” adlanan obyektdə dönərçi olaraq çalışır. Obyektə ləvazimat lazım olduğundan qəsəbənin digər tərəfində yerləşən obyektə getmişdir. Polisin qanuni saxla əmri verilən zaman gedəcəyi obyektə çox yaxın olduğundan həmin yerə çatdıqda saxlamağı düşünərək həmin an nəqliyyat vasitəsini saxlamamış və sonradan polisin qanuni tələbinə tabe olmayaraq özünü təqdim etməkdən və avtomaşının açarlarını verməkdən imtina etmişdir. Tutduğu əməldən semimi peşiman olduğu və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş MN ******* saylı xx xxxx 2021-ci il tarixli inzibati protokoldan aydın olur ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 19:00 radələrində Bakı-Qazax yolunun 55-ci kilometrliyində sənədsiz avtomobil nəqliyyat vasitəsini idarə etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə 30 mart 2021-ci il tarixdə saat 19:30 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha ədalətli və əsaslıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar