Məhkəmə qərarları › İş №3(002)-480/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-480/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-480/2021 31.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5, X1 etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “xxxx” MMC-də fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs xx xxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması xx xxxxxxx 2016-cı il tarixdən başlayaraq Şəxs X4 xeyrinə hər ay 117 manat miqdarında aliment ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-11941/2016 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)- 11941/2016 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması xx xxxxxxx 2016-cı il tarixdən başlayaraq Şəxs X4 xeyrinə hər ay 117 manat miqdarında aliment ödənilməsi qət edilmişdir. İcra sənədi Sabunçu rayon İcra şöbəsinin icraatına daxil olmuş, xx xxxxxx 2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Borclu Şəxs yaşayış yerini dəyişdiyi səbəbindən xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhər Sabunçu rayon İcra və probasiya Şöbəsi tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-11941/2016 nömrəli icra sənədi üzrə hərəkətlərin davam etdirilməsi üçün materialın Bakı şəhər Qaradağ Rayon rayon İcra və probasiya Şöbəsinə göndərilməsi barədə qərar qəbul olunmuşdur. İcra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilərək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Borclu icra sənədi üzrə aliment borcundan 2019-cu ilin aprel ayında 300 manat, may ayında 100 manat, avqust ayında 100 manat, noyabr ayında 250 manat ödəniş etmiş, 2020-ci ildə “X9” MMC-də işləyərkən əmək haqqısından 182 manat tələbkarın xeyrinə tutulmuşdur. Borclu sonradan qeyd olunan iş yerindən aliment ödəməmək üçün çıxmışdır. 2021-ci iildə isə onun tərəfindən tələbkarın xeyrinə 80 manat ödəmişdir. Bu günə olan borc məbləği 2333 manat təşkil edir. Borcluya icra sənədi üzrə borcunun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq icranı tam təmin etməmişdir. xx.xx.2020-ci il, və xx.xx.2021-ci il tarixlərdə borclu Şəxs icra şöbəsinə dəvət olunaraq izahatı alınmış və izahatında əmək haqqının az olması və daimi iş yeri olmadığını üçün borcunu tam ödəyə bilmədiyini, yaranmış borc üzrə 600 manat tələbkarın xeyrinə ödədiyini və qalan borcunun da tələbkarın xeyrinə hissə-hissə ödəyəcəyini bildirmişdir. Bununla da Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2(008)-11941/2016 nömrəli icra sənədi üzrsüz səbəbdən icra olunmamış və borclu tərəfindən 2333 manat ödənilməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. X1 etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, xx xxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması xx xxxxxxx 2016cı il tarixdən başlayaraq Şəxs X4 xeyrinə hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, borclu icra sənədi üzrə öz öhdəliyini tam yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda borclu Şəxs tərəfindən ödənilməmiş qalan aliment borcu 2333 manat təşkil edir. Buna baxmayaraq 2021-ci ildə ümümilikdə cəmi 80 manat ödəniş etmişdir. Hazırda Şəxs şikayətçidir və göstərilənləri nəzərə alaraq sonuncu barəsində inzibati həbslə bağlı tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədindən xəbərdardır, hazırda “xxxx” MMC-də fəhlə işləyir və 300 manat məbləğində əmək haqqı alır. Əmək haqqının az olması üçün borcunu tam ödəyə bilmir. Əlavə olaraq, bildirmişdir ki, əvvəlki illər üzrə tələbkara mütaməsi olaraq ödənişlər etmiş, 2021-ci ildə ümumilikdə mart ayında cəmi 80 manat ödəniş etmişdir. Hazırda ödənilməmiş qalan aliment borcu 2333 manat təşkil edir. O, borcunu ödəməkdən qərəzli olaraq yayınmır. İcra sənədi üzrə borclu olduğunu qəbul edir, maddi imkanı olacağı təqdirdə borcundan ödənişlər edəcəkdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-11941/2016 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxx 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması xx xxxxxxx 2016-cı il tarixdən başlayaraq Şəxs X4 xeyrinə hər ay 117 manat miqdarında aliment ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx xxxxxx 2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-11941/2016 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs göndərilmişdir. İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə xx xxxxxx 2018-ci il tarixli surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-11941/2016 nömrəli icra sənədi icra olunması üçün Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə göndərilmişdir İcraata başlamaq haqqında xx xxxxxxx 2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-11941/2016 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun, tələbkarın nümayəndəsinin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən tam yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-11941/2016 nömrəli icra vərəqəsinin icrasını tam təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxx 2021-ci il saat 12:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli xx xxxx 2021-ci il saat 12:45-dən hesablansın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar