Məhkəmə qərarları › İş №3(002)-481/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-481/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-481/2021 31.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Həşimova Günay Rövşən qızının, Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X8, Barəsində inzibati protokol tərtib edilmiş Məlikov Elməddı̇ n İstidad oğlunun, X1 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında yaşayan Məlikov Elməddı̇ n İstidad oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2021ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli 2(002)-2667 /2019 saylı icra sənədinə əsasən borclu Məlikov Elməddı̇ n İstidad oğlundan xx xxxxxxxx 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(002)-643/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar iddiaçı X3 xeyrinə ödənilməlidir. Lakin borclu Məlikov Elməddı̇ n İstidad oğlu icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə 1510+1830 manat borcu yaranmışdır.Bu hərəkətləri ilə Məlikov Elməddı̇ n İstidad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Abuzər Əlizadə bildirdi ki, sözü gedən icra sənədi icraatına daxil olmuş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul edərək tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlamışdır. Lakin borclu Şəxs borcunu ödəməmişdir. Bu səbəbdən də, Məlikov Elməddı̇ n İstidad oğlu barəsində inzibati protokol tərtib etmiş və baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta törətmiş Məlikov Elməddı̇ n İstidad oğlu məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, imkanı olmadığı üçün borcunu vaxtında ödəyə bilməmişdir. Bundan sonra, işə düzələcək və borcunu hissə-hissə ödəyəcəkdir. Əməlindən peşmandır. Məhkəmədən dediklərinin nəzərə alınmasını və barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş edir. X2 məhkəmə iclasında inzibati xəta törətmiş Məlikov Elməddı̇ n İstidad oğlunun həbs olunmasını xahiş etdi Əlavə olaraq qeyd etdi ki, dəfələrlə xəbərdarlıq edilməsinə, imkanı olmasına baxmayaraq borcunu ödəmir. Məhkəmə hesab edir ki, Məlikov Elməddı̇ n İstidad oğlunun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci madəsində nəzərdə tutulan inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş sənədlərlə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Məlikov Elməddı̇ n İstidad oğlu cərimə tədbirinin tətbiqini kifayət hesab etməyərək, törətdiyi əməlin müstəsna hallarını nəzərə alaraq, onun barəsində inzibati həbs təyin edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məlikov Elməddı̇ n İstidad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 17:00dan hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar