Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-486/2022 29.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X2 Xidmətinin Hüquq şöbəsinin Hüquqi ekspertiza və təhlil sektorunun məsləhətçisi X1 iştirakı ilə, 22 noyabr 1992-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2 Xidmətindən daxil olmuş inzibati materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 11 iyun 2018-ci il tarixli 004188 saylı inzibati protokoldan aydın olur ki, 16 aprel 2018-ci il tarixdə, saat 09:30 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisindəki daş karxanasında Şəxs “Kamaz” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomaşınla yükdaşıma fəaliyyəti həyata keçirərəkən xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X2 Xidmətinin əməkdaşlarına qanunvericiliklə müəyyən edilmiş tələb olunan sənədləri təqdim etməkdən imtina etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X2 Xidmətinin əməkdaşı tərəfindən 11 iyun 2018-ci il tarixdə Şəxs İXM-nin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə 004188 saylı protokol tərtib edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Qaradağ rayon Məhkəməsinin 3(002)-1554/2018 saylı, 20 iyul 2018-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə ona 50 (əlli) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Bundan sonra Şəxs tərəfindən qərardan şikayət verilmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 696/2022 saylı, 30 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılıb qərarın təsviriəsaslandırıcı hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən X2 Xidmətinin Hüquq şöbəsinin Hüquqi ekspertiza və təhlil sektorunun məsləhətçisi X3 öz izhatında protokolu müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta tərkibi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 11 iyun 2018-ci il tarixli 004188 saylı inzibati protokolun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2 Xidmətin məsləhətçisi tərəfindən tərtib olunması müəyyən edilsə də, onun həmin protokolu tərtib etmə səlahiyyətinə dair iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Bundan başqa iş materiallarında Şəxs həqiqətəndə qeyd olunan inzibati xətanın törətməsinə dair hər hansı bir sübut da mövcud deyildir. Bundan başqa iş materiallarına əlavə edilmiş fotoşəkildən də “Kamaz” markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə yük daşıma fəaliyyəti ilə məşğul olan və həmin nəqliyyat vasitəsini idarə edən şəxsi müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-486/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-486/2022
29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver