Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-489/2021 02.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin hakimi Həsənov İslam Telman oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Şəxs barəsində İXM-nin 469.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola görə cəmiyyət Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225ci maddəsinə əsasən işçilərin (17nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğortalanmasını təmin etməmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Şəxs İXM-nin 469.2-ci maddəsi ilə ehtimal olunan inzibati xətanı törətməsinə dair protokola heç bir mötəbər sübut əlavə olunmamış, sadəcə protokol, Şəxsndən alınmış cavabın surəti, xx.xx.2020-ci il tarixli məktub və xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin bildirişi məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən digər məsələrlə yanaşı, həmçinin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmaması məsələlərini həll edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edilənlərlə bağlı hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar olmadığından inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərə birlikdə geri qaytarılsın. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-489/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-489/2021
02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver