Məhkəmə qərarları › İş №3(002)-493/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-493/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-493/2022 21.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə inspektoru, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakıları ilə, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 38-ci PB-nın sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 21 aprel 2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 20 aprel 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs 18 aprel 2022-ci il tarixdə, saat 00:30 radələrində Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 13 saylı evdən X4 məxsus kondisionerin 350 manat dəyərində mis turbasını oğurlamışdır. Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə inspektoru, polis baş leytenantı X5 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs oğlu 18 aprel 2022-ci il tarixdə saat 00:30 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Poladlı Eltuna məxsus 13 saylı evin pilləkən meydançasına daxil olmuş, əlində olan kəsici alətlə həmin evə məxsus kondisionerin borusunu kəsib götürərək həmin gün saat 10:00 radələrində Səbail rayonu, 20-ci sahədə metal qəbulu məntəqəsinə 12 manata satmışdır. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X6 öz izahatında göstərmişdir ki, 18 aprel 2022-ci il tarixdə saat 17:00-da yaşadığı evin kondisioner borusunun oğurlandığını aşkar etmiş və bu barədə 38-ci PB-na bildirmişdir. O, öz izahatına əlavə olaraq bildirmişdir ki, hazırda ona dəymiş ziyan tam ödənildiyindən Şəxs qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 18 aprel 2022-ci il tarixdə saat 00:30 radələrində Qaadağ rayonu, Sahil qəsəbəsində yerləşən 13 saylı evin pilləkən meydançasına daxil olmuş, orda olan mis boru diqqətini cəlb etmiş, əlində olan kəsici alətlə həmin borunu kəsib götürərək həmin gün saat 10:00 radələrində Səbail rayonu, 20ci sahədə metal qəbulu məntəqəsinə 12 manata satmışdır. O, hazırda zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsə dəyən maddi ziyanın ödənildiyini qeyd edərək, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs oğlunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş X6 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Şəxs oğlu tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onunla barışmışdır və onun Şəxs oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İnzibati materiala əlavə edilmiş 20 aprel 2022-ci il tarixli, AZA 010335 saylı “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 20 aprel 2022-ci il tarixdə saat 12:30-da tutulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar