Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-495/2023 28.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş 28 mart 2023-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs 25 mart 2023-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Lökbatan dairəsində xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X7 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 25 mart 2023-ci il tarixdə vətəndaş X1 RPİ-nin 10cu PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, İlqar adlı şəxs tərəfindən mütəmadi olaraq təhqirlərə məruz qalır. Faktla əlaqədar Şəxs barəsində baş vermiş inzibati xəta hadisəsi ilə bağlı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 öz izahatında bildirmişdir ki, o “Binə” TM-də qeyri-rəsmi dispetçer vəzifəsində işləyir. Şəxs ticarət mərkəzinə gələn vətəndaşları qeyri qanuni Lökbatan dairəsində yığaraq sürücülük fəaliyyəti ilə məşğul olur. Bununla bağlı onların arasında mütəmadi olaraq mübahisə baş verir və Şəxs onu söyərək ünvanına nalayiq idafələr işlədir. Sonuncu dəfə belə hadisənin 25 mart 2023-cü il tarixində baş verdiyini deyərək sonuncu barəsində müvafiq tədbir görülməsini və onun inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan Şəxs özünü təqsirli bilməyərək öz izahatında göstərmişdir ki, o, Qaradağ rayonu ərazisində yerləşən Ələt qəsəbəsindən “Binə” Ticarət Mərkəzinə və əks istiqamətdə sürücülük fəaliyyəti ilə məşğul olur. Ələt-Binə istiqamətində digər marşurut sürücüləri sərnişinləri 01 manat 50 qəpiyə daşısa da, o sərnişinləri bir manata daşıyır. Buna görə də həmin ərazidə fəaliyyət göstərən digər marşurut sürücüləri və dispetçer X3 onunla prinsip apararaq onun iş fəaliyyətinə mane olmağa çalışırlar. Bu səbəbdəndir ki, Şamil Mütəllimov ondan polisə qəsdən şikayət etmişdir. Lakin o nə əvvəllər, nə də 25 mart 2023-ci il tarixdə heç kəsi söyməmiş, təhqir etməmişdir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Şəxs tərəfindən 25 mart 2023-ci il tarixdə X2 ünvanına təhqiramiz ifadələr işlətməsi və aralarında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş mübahisə xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən aydın olur ki, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-495/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-495/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver