Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-497/2021 26.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, X2 iştirakı ilə, X2 Qaradağ RPİ-nin 11-ci rəisi X5 tərəfindən tərtib edilmiş 21 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi X5 tərəfindən tərtib edilmiş 21 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsinə əlavə edilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi X5 tərəfindən tərtib edilmiş 21 noyabr 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Şikayət ərizəsinə əlavə edilmiş 21 noyabr 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən aydın olur ki, vətəndaş X4 naməlum vaxtda və naməlum yerdə barəsində özünün iştirakı olmadan tibbi maskadan istifadə etmədiyinə görə İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, Qaradağ rayonu 11-ci PB-nin rəisi X5 tərəfindən tərtib edilmiş 21 noyabr 2020-ci tarixli MN ******* saylı qərarla o, İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Lakin bu barədə ona heç bir məlumat verilməmiş və barəsində protokol və qərar tərtib edilərkən ona heç bir məlumat verilməmiş və onun iştirakı təmin edilməmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, 21 noyabr 2020-ci il tarixdə maskadan istifadə etmədiyinə görə onun barəsində protokol tərtib edilmişdir. Həmin vaxt onu polis əməkdaşları saxlamışdır. O, ikinci qrup əlil olmaqla onda böyrək catışmamazlığı olmuş və bu səbəbdən də nəfəs almada çox böyük çətinliklər yarandığına görə, yəni tənginəfəs olduğuna görə maskanı nisbətən aşağı salmışdır. Həmin vaxt o, təcili olaraq dərman lazım olduğu üçün yaşadığı evin yaxınlığında yerləşən aptekə getmək istəmişdir. Bu barədə də polis əməkdaşına bildirmiş və polis əməkdaşı onun barəsində heç bir protokol tərtib edilməyəcəyini bildirmişdir. Lakin sonradan Qaradağ rayon icra şöbəsinə çağırılanda barəsində inzibati qərar qəbul edilməsindən xəbəri olmuşdur. Həmin vaxt maska onun burun nahiyyəsindən çox az məsafədə aşağı düşmüş vəziyyətdə olmuş və ətrafında da heç kim olmamışdır və nəticə etibarilə o, karantin qaydalarını pozmamışdır. Belə ki, ağır xəstəliyi ilə əlaqdər son zərurət vəziyyətində nəfəs ala bilməsi üçün nisbətən aşağı düşmüş maskanı yuxarı çəkməmişdir. Ona görə də hesab edir ki, onun barəsində tərtib edilmiş inzibati protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassızdır. Odur ki, onun barəsində Qaradağ rayonu 11-ci PB-nin rəisi X5 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Qaradağ RPİ-nin 11-ci PB-dən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasıı mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X4 barəsində tərtib edilmiş 21 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 21 noyabr 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmaqla inzibati xəta törətmiş X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 həqiqətən də ikinci qrup əlil olmaqla “xroniki tubulointerstisial nevrid, hər iki böyrəyin xroniki pielonefritin kəskinləşməsi, tez-tez tutmalarla, nefrogen mənşəli anemiya, sol böyrəyin mərcanvari daşları, xroniki böyrək çatışmamazlığı 3-cü mərhələ və sol tərəfli hidronefroz” diaqnozu ilə xəstədir. Azərbaycn Respublikası İXM-nin 19.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi X5 tərəfindən tərtib edilmiş 21 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-497/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-497/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver