Məhkəmə qərarları › İş №3(002)-498/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-498/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-498/2025 14.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə saat 15:15 radələrində etibarnamə əsasında, idarə etdiyi CHANGAN CS-35 markalı **-HK-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Kövkəb Səfərəliyev 25 ünvanında dörd yol ayrıcında dayanmış, həmin yol ayrıcı işıqforla tənzimlənir, yaşıl rəng yandıqda hərəkətə başlamışdır. DYP-nin əməkdaşı avtomobili saxlamağı işarə etmiş, ondan avtomabilin saxlama səbəbini soruşduqda sağ tərəfdən gələn avtomobili gözləmədiyini, ona yol vermədən kecdiyini bildirərək barəsində İXM-nin 327.2-ci maddəsi ilə 3 bal və 100 manat cərimə edəcəyini bildirmişdir. Barəsində yazılan protokolla razı deyil, dörd yol ayrıcı svetoforla tənzimlənir. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara xitam verilməsi xahiş edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqana məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iclasın inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X2 bildirmişdir ki, həmin yolda yol nişanı olmadığından özünü təqsirli hesab etmir. Barəsində qərar qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən xx.xx.2025-ci il tarixdə **-HK-*** dövlət qeydiyyat nişanlı CHANGAN CS-35 minik markalı avtomobil hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş 01 ədəd DVD diskə əlavə edilmiş görüntülərdən görünür ki, **-HK-*** dövlət qeydiyyat nişanlı CHANGAN CS-35 minik markalı avtomobil iki zolaqlı yola çıxış edərkən sağ zolaqda hərəkətdə olma üstünlüyünə malik avtomobilə (avtobusa) münasibətdə növbəliliyi gözləmədən keçid etmiş, bununla da yolayrıcını keçmə qaydalarının pozulması xətasına yol vermişdir. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X2 xx.xx.2025-ci il tarixdə **-HK-*** dövlət qeydiyyat nişanlı CHANGAN CS-35 minik markalı avtomobil ilə hərəkətə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin Qanunun 77-ci maddəsinin 3-cü bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 01 ədəd CD disk iş materialında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd CD disk iş materialında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar