Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-499/2022 25.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi, polis kapitanı X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 25 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 25 aprel 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs 16 aprel 2022-ci il tarixdə, saat 11:30-da Lökbatan qəsəbəsi, “Sədərək” TM-də zərərçəkmiş şəxs X2 məxsus VAZ 2107 markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin akumulyatorunu oğurlamaqla zərərçəkmiş şəxsə 80 manat dəyərində maddi ziyan vurmuşdur. Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi, polis kapitanı X5 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 16 aprel 2022-ci il tarixdə, saat 11:30-da Lökbatan qəsəbəsi, “Sədərək” TM-də zərərçəkmiş şəxs X2 məxsus VAZ 2107 markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin akumulyatorunu oğurlamış və həmin akkumulyatoru 40 manata Binəqədi rayon mərkəzində tanımadığı şəxsə satmışdır. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X3 öz izahatında göstərmişdir ki, 16 aprel 2022-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Lökbatan qəsəbəsi, “Sədərək” TM-də saxladığı özünə məxsus VAZ 2107 markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin akumulyatorun oğurlandığıı görüb bu barədə DİN-in 102 xidmətinə və Qaradağ RPİ-nin 10-cu PB-na məlumat vermişdir. O, öz izahatına əlavə olaraq bildirmişdir ki, hazırda ona dəymiş ziyan tam ödənildiyindən Şəxs ilə barışmaqla ona qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 16 aprel 2022-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Lökbatan qəsəbəsi, “Sədərək” TM-ə gəlmiş, təxminən beşon dəqiqədən sonra avtomobil dayanacağında olan VAZ 2107 markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil diqqətini cəlb etmiş, həmin avtomobilin qoruyucu qapağını açmaqla orda olan “amega” markalı akkumulyatoru çıxarıb götürmüş və hadisə yerindən uzaqlaşmışdır. Bundan təxminən 10 gün sonra Sədərəkək TM-də oxşar oğurluq əməli törətdikdən dərhal sonra polis əməkdaşları tərəfinən saxlanılmış və onu 10-cu PB-ya gətirmişlər. O, hazırda zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsə dəyən maddi ziyanın ödənildiyini qeyd edərək, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş X3 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış və onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-499/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-499/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver