Məhkəmə qərarları › İş №3(002)-5/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-5/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-5/2025 18.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində fəaliyyət göstərən "xxxx" MMCyə məxsus aqlay sexində istehsalat prosesi zamanı əmələ gələn tullantıların sexin daxilində və hasarından kənarda saxlanc meydançası inşa edilmədən qalaqlandığı, həmçinin formalaşan çirkab suyun sexin hasarından kənarda qazılmış və hermetik olmayan şamboya axıdılması faktı aşkar olunmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törədilmişdir. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 protokolu müdafiə edərək bildirdi ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024cü il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus aqlay sexində istehsalat prosesi zamanı formalaşan tullantıların sexin daxilində və hasarından kənarda saxlanc meydançası inşa edilmədən qalaqlandığı, həmçinin formalaşan çirkab suyun sexin hasarından kənarda qazılmış və hermetik olmayan şamboya axıdılması faktı aşkar olunmuşdur. Əraziyə tərəfindən keçirilmiş baxışda özünü Şəxs MMC-nin rəhbəri olaraq təqdim etmiş Firudin Ağayev iştirak etmiş, ona aşkar edilmiş qanunverilicilik pozuntularına görə inzibati məsuliyyət daşıması izah edilmişdir. Aşkar edilmiş faktla bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində inzibati araşdırma başlanılmış və inzibati xəta hadisəsinin törədildiyi ərazinin fotoşəkilləri əlavə edilmiş müvafiq monitorinq aktı qəbul edilmişdir. Lakin F.İ.Ağayev tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. Məhkəmənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, F.İ.Ağayev inzibati araşdırmada iştirak etməsi üçün dəvət edilmiş, lakin sonuncu aşkar edilmiş faktlarla bağlı, eləcə də barəsində aparılan araşdırmaya dair hər hansı rəsmi münasibət bildirməmişdir. Həmçinin həmin ərazidə fəaliyyət göstərən tək daş karyeri həmin sex olduğunu nəzərə alaraq, tullantıların hüquqi şəxsə aid olan sexdə aparılmış istehsalat prosesi nəticəsində qalaqlanmaması və çirkab suyun axıdılması faktı öz təsdiqini tapır. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 bildirdi ki, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən onun barəsində protokol tərtib etməsi əsassızdır. Belə ki, həmin daş sexinin onun rəhbəri olduğu Şəxs MMC-yə heç bir aidiyyəti yoxdur. Həmin gün o, sexin iş prinsipini öyrənmək və sexdə gedən fəaliyyətlə tanış olmaq üçün oraya dəvət edilmişdir. Çünki həmin sexin sabiq rəhbəri vəfat etmiş və sex rəhbəri olmadan fəaliyyətdə idi. Orqanın əməkdaşları oraya monitorinq keçirmək üçün gəldiklərində, o, təsadüfən sexdə olmuş və saymazlıq kimi hesab edilməsin deyə əraziyə baxış zamanı müfəttişlərin yanında olmuş, eyni əsasla da onları sexin ərazisində olan iş otağına dəvət etmişdir. Şəxs MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. İş materialında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-705/2025 saylı xx.xx.2025-ci tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair 15 yanvar 2025-ci il tarixli, 3(002)- 5/2025 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 370 nömrəli, xx.xx.2024-cü il tarixli monitorinq aktından görünür ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus aqlay sexində istehsalat prosesi zamanı formalaşan tullantıların sexin daxilində və hasarından kənarda saxlanc meydançası inşa edilmədən qalaqlandığı, həmçinin formalaşan çirkab suyun sexin hasarından kənarda qazılmış və hermetik olmayan şamboya axıdılması faktı aşkar olunmuşdur. Əraziyə tərəfindən keçirilmiş baxışda özünü Şəxs MMC-nin rəhbəri olaraq təqdim etmiş Firudin Ağayev iştirak etmiş, ona aşkar edilmiş qanunverilicilik pozuntularına görə inzibati məsuliyyət daşıması izah edilmişdir. Lakin F.İ.Ağayev tərtib edilmiş aktı imzalamaqdan və izahat verməkdən imtina etmişdir. Araşdırma müddətində əldə olunan sənədlər və ərazidən çəkilən fotoşəkillər akta əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, aqlay sexində istehsalat prosesi zamanı formalaşan tullantıların sexin daxilində və hasarından kənarda saxlanc meydançası inşa edilmədən qalaqlandığı, həmçinin formalaşan çirkab suyun sexin hasarından kənarda qazılmış və hermetik olmayan şamboya axıdılması, X1 da rəsminin həmin fotoşəkillərdə əks olunduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə, iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-yə aid aqlay sexində istehsalat prosesi zamanı formalaşan tullantıların sexin daxilində və hasarından kənarda saxlanc meydançası inşa edilmədən qalaqlandığı, həmçinin formalaşan çirkab suyun sexin hasarından kənarda qazılmış və hermetik olmayan şamboya axıdılması halı təsdiqini tapmışdır. Aparılmış inzibati xətaya dair araşdırmaya F.İ.Ağayev dəvət olunmuş, sonuncu aşkar edilmiş pozuntulara və inzibati araşdırmaya hər hansı rəsmi münasibət bildirməkdən, izahat və xətaların onun rəhbərlik etdiyi şirkət tərəfindən törədilməsini təkzib edəcək sübutları təqdim etməkdən imtina etmişdir. Məhkəmə iclasında monitorinq zamanı sexdə olmasının səbəbləri ilə bağlı səsləndirdiyi ifadələr isə ağlabatan olmamaqla törədilmiş inzibati xəta üzrə məsuliyyətə cəlb olunmaqdan yayınmaq məqsədi daşımışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları ilə sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdirilməsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin tələblərinə görə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır. Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi və Səhiyyə Nazirliyi) müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır. Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər. Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi və Səhiyyə Nazirliyi) tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətaların xarakteri, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq, həmin Məcəllənin 34.3cü maddəsinin tələbi nəzərə alınmaqla, hüquqi şəxs barəsində törədilmiş xətaların sanksiyalarında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12, 31,33, 84, 266.2, 271-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 11000 (on bir min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar