Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-500/2025 09.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X2, Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi X1 iştirakları ilə, X2 Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarlarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarlara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin YPX inzibati qrupu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı əsasında o İXM-nin 342.2.4-cü maddəsinə əsasən 150 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəmdə qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o idarə etdiyi "Lada-21214-minik" markalı **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nazağlığın aradan qaldırılması mümükn olmayan nəqliyyat vasitəsinin istismarı, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən ötrüklərin çəkilməsinə görə normativ tələbləri pozmuşdur. Bildirir ki, o, avtomobilə heç bir kənar avadanlıq quraşdırmamışdır. Belə ki, xx.xx.2025-cü il tarixdə o idarə etdiyi "Lada- 21214-minik" markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Ekologiya postunda polis əməkdaşları tərəfindən saxlanılmış və arxa yaylara görə Daxili İşlər Nazirliyi BDYPİ-nə dəvət edilmişdir. O həmin idarəyə yaxınlaşandan sonra onun narkotik qəbul edib-etmədiyini yoxladılar və bildirdilər ki, o narkotik qəbul etmişdir. Buna görə ondan məcburi surətdə açarları tələb edib 402 saylı otağa yaxınlaşmağını bildirdilər. O isə açarları verməyib 102 xidmətinə zəng etmişdir. Bundan sonra yaxınlaşıb aparatın səhv göstərdiyini bildirdilər və ön şüşəni əsas gətirərək 150 manat cərimə etdilər. Halbuki həmin şüşə "BENSON" firmasına məxsusdur, həmin şüşənin serfikatı vardır. Həmin şüşədən istifadə etməyə icazə verilir. Qərarda konstruksiyasının digər ünsürləri nasaz olması, yəni arxa yayların nasaz olmasını bildirsələr də bu yoxlanılmamış və əsassız olaraq qərarda qeyd edilmişdir. Şüşələr arginal olmaqla heç bir örtüyü olmamışdir. Polis əməkdaşının öz mülahizəsi əsasında heç bir sübut olmadan qərar qəbul etməsi tam əsasızdır. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarlara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 izahatında bildirmişdir ki, şikayətini müdafiə edir. Özünü təqsirli hesab etmir və barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərara xitam verilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, həmin şüşələr firmanın özü tərəfindən xüsusi cihaz vasitəsilə ölçülən zaman göstərici 76% olmuşdur. Hazırki iclasda həmin ölçmə cihazının sertifikatını və ölçmənin nəticəsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. Eləcə də avtomobilin texniki baxışı zamanı ön şüşə ilə bağlı uyğunsuzluq ona bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi X3 çıxışında bildirdi ki, Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS ***-**** saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75%, küləyə qarşı olmayan digər şüşələr üçün 70%-dən aşağı olmamalıdır. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarların qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərara əsasən X4 xx.xx.2025-ci il tarixdə idarə etdiyi "Lada-21214-minik" markalı **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş video görüntülərindən aydın olmuşdur ki, X2 idarə etdiyi avtomobildə sürücü üçün görünüşü təmin edən şüşənin işıqburaxma qabiliyyəti xüsusi ölçmə cihazı vasitəsilə ölçülmüş və nəticə göstəricisi 67% olmuşdur. Beləliklə, məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X4 xx.xx.2025-ci il tarixdə idarə etdiyi "Lada-21214-minik" markalı **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi xətana yol vermiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, X4 xx.xx.2025-ci il tarixdə idarə etdiyi "Lada-21214-minik" markalı **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi xətasını törətmişdir. Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS ***-**** saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75%, küləyə qarşı olmayan digər şüşələr üçün 70%-dən aşağı olmamalıdır. İş materialına əlavə edilmiş video görüntülərindən aydın olmuşdur ki, X2 idarə etdiyi avtomobildə sürücü üçün görünüşü təmin edən şüşənin işıqburaxma qabiliyyəti xüsusi ölçmə cihazı vasitəsilə ölçülmüş və nəticə göstəricisi 67% olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. “X5” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsinə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilmişdir. Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS ***-**** saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır: -Küləyə qarşı şüşələr üçün - 75 % -Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 % Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 342.4-cü maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarları qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarları qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-500/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-500/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver