Məhkəmə qərarları › İş №3(002)-502/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-502/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-502/2022 26.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X4, Zərərçəkmiş şəxslər X1 və X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 26 aprel 2022-ci il tarixli MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 25 aprel 2022-ci il tarixli və 26 aprel 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlar əsasında tərtib edilmişdir. Qeyd olunan qəraralara və protokollara əsasən, Şəxs 16 aprel 2022-ci il tarixdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Asya” mağazasında X2 aldadaraq onun 100 manat pulunu mənimsəmiş, bundan başqa o, 18 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən “dərzi sexində” işləyən X6 aldadaraq zərərçəkmiş şəxsə 95 manat məbləğində ziyan vurmuşdur. Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X8 öz izahatında tərtib olunmuş protokolları müdafiə edərək bildirmişdir ki, Şəxs 16 aprel 2022-ci il tarixdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Asya” mağazasında X2 aldadaraq onun 100 manat pulunu mənimsəmiş, 18 aprel 2022-ci il tarixdə isə ünvan 2 ünvanında yaşayan X6 işlədiyi Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən “dərzi sexində” aldadaraq zərərçəkmiş şəxsə 95 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X3 öz izahatında göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Asya” mağazasında satıcı işləyir. 16 aprel 2022-ci il tarixdə, sonradan ona şəxsiyyəti məlum olan Şəxs günorta saatlarında mağazaya yaxınlaşmış və qazi qardaşının yanına getdiyini və ailəsi üçün paltar almaq istədyini bildirmiş, ödəniş etmək vaxtı gəldikdə isə pulu xırdalamaq adı ilə onu aldadaraq mağzadan çıxmış və onu aldadaraq 100 manat ziyan vurmuşdur. O, öz izahatına əlavə olaraq bildirmişdir ki, hazırda Şəxs ilə barışmaqla ona dəymiş ziyan tam ödənilmiş, Şəxs qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X12 qızı öz izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır, Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində dərziliklə məşğul olur. 18 aprel 2022-ci il tarixdə Şəxs ona yaxınlaşaraq qazi olduğunu demiş və onun üçün “bandaj” tikməsini xahiş etmiş, pul xırdalamaq adı ilə ondan 95 manat almış və onu aldadaraq çıxıb getmişdir. O, öz izahatına əlavə olaraq bildirmişdir ki, hazırda Şəxs ilə barışmaqla ona dəymiş ziyan tam ödənilmiş, Şəxs qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 16 aprel 2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Asya” mağazasında X2 aldadaraq ondan 100 manat götürmüş, 18 aprel 2022-ci il tarixdə isə Bakı şəhəri, Müşfiqabad qəsəbəsində X6 aldadaraq zərərçəkmiş şəxsə 95 manat məbləğində ziyan vurmuşdur. O, hazırda zərərçəkmiş şəxslərlə barışdığını və zərərçəkmiş şəxslərə dəyən maddi ziyanın tam ödənildiyini qeyd edərək, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş X3 və X10 tərəfindən təqdim olunmuş ərizələrdən görünür ki, Şəxs tərəfindən onlara dəymiş ziyan tam ödənilmişdir və onların Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar