Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-503/2021 15.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirləndirilən “Şəxs” MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim edilmiş 00100-0324/2021 saylı xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Çin Xalq Respublikasından “Şəxs” MMC-nin adına 2021V-XJQT-F0004 nömrəli xx.xx.2021-ci il tarixli invovs üzrə, 94312295 nömrəli vaqonda, PARU5123457 nömrəli konteynerlə Azərbaycan Respublikasına idxal edilmiş və X2 adından **********0076 nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara xx.xx.2021-ci il tarixdə Bakı səhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanında yerləşən Abşeron gömrük postunun ərazisində baxış keçirilən zaman gömrük bəyannaməsinin 19-cu mal mövqeyində 1100 ədəd “video oyunlar üçün konsollar” yükü bəyan edildiyi halda, həmin malların 2200 ədəd olduğu, yəni 1100 ədəd “video oyunlar üçün konsollar” yükünün artıq olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482,2-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsi, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləsdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyqun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənsə ölkəsi barədə düzgün olmayan məlumatların göstərilməsi inzibati xəta tərkibi varadır. Aşkar edilmiş uyğunsuzluqla bağlı “Şəxs” MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, zahatında nümayəndəsi olduğu “Şəxs” MMC-nin ayrı-ayrı idxalatçılara məxsus malların Cin Xalq Respublikasından Azərbaycan Respublikasına gətirilməsi və gömrük rəsmiləşdirilməsindən sonra mal sahiblərinə təhvil verilməsi ilə məşğul olduğunu, Çin Xalq Respublikasından Azərbaycan Respublikasına mal idxal edən idxalatçıların oradan alınan malları Şəxs” MMC-nin Çin Xalq Respublikasının Quanqzhou səhərində yerləşən anbarına göndərdiklərini və həmin anbarda malların çeşidlənib, siyahı üzrə invoys tərtib edildikdən sonra Şəxs” MMC-nin adına Azərbaycan Respublikasına göndərildiyini və gömrük 'əsmiləşdirilməsinin də “Şəxs” MMC tərəfindən həyata keçirildiyini, sonuncu dəfə X4 oğluna məxsus malların Azərbaycan Respublikasına gətirilməsi üçün “Şəxs” MMC-nin Quanqzhou səhərində invovs sənədi tərtib olunarkən 2200 ədəd “video oyunlar üçün konsollar” yükünü cüt hesab edərək, yəni ikisi birlikdə istifadə olunduğu nəzərə alınaraq sənədlərdə 1100 ədəd qeyd edildiyini, lakin, həmin mallara xx.xx.2021-ci il tarixdə Abşeron gömrük postunda baxış keçirilərkən gömrük əməkdaşlarının malların gömrük orqanına düzgün bəyan edilmədiyini, ədəd sayının düzgün yazılmalı olduğunu bildirdiklərini, gömrük qaydalarının pozulduğunu bildiklərini, qeyd olunan uyğunsuzluğun “Şəxs” MMC tərəfindən malın sayının invovs sənədinə düzgün yazılmaması səbəbindən baş verdiyini, belə ki, malın faktiki sahibi olan X2 gömrük rəsmiləsdirilməsini “Şəxs” MMC-və həvalə etdiyini, bu səbəbdən də **********0076 nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 50-ci qarafasında bəyannamə üzrə məlumatların düzgünlüyünə vəkalət verən şəxs kimi “Şəxs" MMC-nin göstərildiyini, araşdırma basa çatdıqdan sonra aşkar edilmiş 1100 ədəd “video oyunlar üçün konsollar” yükünü qanunvericiliyə uyğun qaydada rəsmiləşdirəcəklərini bildirmişdir. Beləliklə, “Şəxs” MMC-nin adına 2021V-XJQT-F0004 nömrəli 07.01,2021-ci il tarixli invovs üzrə, 94312295 nömrəli vaqonda, PARU5123457 nömrəli konteynerlə Azərbaycan Respublikasına idxal edilmiş və X2 adından **********0076 nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara baxış zamanı aşkar edilmiş, gömrük orqanına düzgün bəyan olunmayan 1100 ədəd “video oyunlar üçün konsollar” yükünün ‘Şəxs” MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilmədiyi, qeyd olunan əmələ görə **********0076 nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 50-ci qrafasına əsasən “Şəxs” MMC-nin məsuliyyət daşıdığı müəyyən edilmişdir. Araşdırma zamanı inzibati xətanın bilavasitə obyekti olan 1100 ədəd “video oyunlar üçün tonsollar” yükünün ayrı-ayrılıqda və ümumilikdə xx.xx.2021-ci il tarixə orta bazar qiymətinin iyrənilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması ərurəti yarandığından 1400-013/0xx-xx/001233 saylı xx.xx.2021-ci il tarixli məktubla Ədliyyə Jazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş, həmin Mərkəzin 9/1061 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş ÇXR-da stehsal olunmuş, üzərində “Sony CECHZC2E Wireless controller” markalanma göstəricisi olan, ablasdırılması olmayan, hazitda istehsaldan çıxmış, köhnə modellərə aid video oyunlar üçün konsolun 1 ədədinin xx.xx.2021-ci il tarixə orta bazar topdan satış qiymətinin təxminən 5,00 ianat, ümumilikdə 1100 ədədinin qiymətinin isə 5500,00 manat olduğu müəyyən edilmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs “Şəxs” MMC-nin nümayəndəsi və Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, “Şəxs” MMC Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : ünvan 3 ünvanında qeydiyyatda olan “Şəxs” MMC, Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 5500 manatın 30 % (otuz faizi) həddində, yəni 1650 (min altı yüz əlli ) manat məbləğində cərimə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul “Şəxs” MMC-dən tutularaq dövlət nəfinə ödənilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-503/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-503/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver