Məhkəmə qərarları › İş №3(002)-506/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-506/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-506/2021 06.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X1 etibarnamə üzrə nümayəndəsi X4, Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qaradağ Rayon Məhkəməsinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X2 tərəfindən Şəxs MMC barəsində İXM-nin 228-ci maddəsi ilə inzibati material daxil olmuşdur. Daxil olmuş inzibati protokoldan aydın olur ki, Şəxs MMC tərəfindən Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağından müvafiq icazə sənədi olmadan faydalı qazıntı hasil olunmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X2 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə MN ******* nömrəli, 01 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarı ilə Şəxs MMC İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 (beş min) manat cərimə edilmişdir. Qaradağ rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarından inzibati tənbeh almış şəxs Şəxs MMC-nin direktoru X9 apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qaradağ rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xətaya dair iş yenidən baxılması üçün Qaradağ rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X1 nümayəndəsi X7 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, X11 X1 Geoloji ekspertiza və təhlil şöbəsinin baş mütəxəssisi Yusif Yusifov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş idarəsinin Operativ nəzarət idarəsinin əməkdaşları vergi xidməti müşaviri Adil Həsənov, Azad Mirzəyev və 2-ci dərəcəli dövlət vergi müfəttişi Qoşqar Hacıəliyev tərəfindən 10 dekabr 2021-ci il tarixdə Qaradağ rayonu ərazisində yerləşən Şəxs MMC-yə məxsus Şahqaya əhəngdaşı yatağında mövcud olan karxana sahəsinə dağ-mədən fəaliyyətinin yoxlanılması məqsədilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-yə 06.06.2013-cü il tarixli 00742 nömrəli Dağ mədən ayırma aktı ilə 11 hektar ərazi 05 il müddətinə verilsə də, müvafiq icazənin müddəti 2018-ci ildə başa çatmışdır. Əraziyə baxış zamanı 2.48 sahədə orta, istismar dərinliyi 7 metr olmaqla 173,600 kub metr hasilat aparıldığı müəyyən olunmuş və mərz nişanları müşahidə olunmamışdır. Baxış zamanı ərazidə 4 ədəd daşkəsən kombayn müşahidə olunmuşdur. Nəticə olaraq , Şəxs MMC tərəfindən yerin təkindən istifadəyə icazə verən “Dağ-mədən” ayırması” aktının 2018-ci il 06 iyun tarixində bitməsinə baxmayaraq fəaliyyət göstərməklə “Yerin təki” haqqında qanunun 9, 10, 21, 46-11 maddələrinin tələblərini pozulmuşdur. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin akt əsasında isə «Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 01 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili X10 öz izahatında tərtib olunmuş protokolla razılaşmayaraq bildirmişdir ki, X11 X3 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda və məhkəmənin qərarında göstərilənlərin əksinə olaraq Şəxs MMC mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq lisenziya əsasında fəaliyyət göstərərək qanuni şəkildə yerin təkindən istifadə etmişdir. Şəxs MMC yerin təki sahəsində faydalı qazıntıların çıxarılması ilə bağlı fəaliyyətini “Yerin təki haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş sənədlər əsasında qurmuşdur. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X5 və X8 Agentliyi tərəfindən verilmiş 073047 nömrəli, 27 iyul 2012-ci il tarixli “Lisenziya” ilə Şəxs MMC-yə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasına icazə verilmişdir. Həmin lisenziyanın qüvvədə olma müddəti 5 (beş) ilə kimi müəyyən edilmişdir. Yuxarıdakı bənddə qeyd olunan lisenziya əsasında Şəxs MMC-yə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 06 iyun 2013- cü il tarixli 00742 nömrəli “Dağ-mədən ayırması” Aktı verilmişdir. Həmin aktın müddəti 5 (beş) il olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 13 may 2016-cı il tarixli, 089673 nömrəli “Lisenziya” ilə Şəxs MMC- yə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasına müddətsiz icazə verilmişdir. Şəxs MMC-nin guya qanunsuz fəaliyyət göstərdiyi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, “Türk Elli" MMC fəaliyyətini yuxarıda qeyd olunan lisenziya və müvafiq akt əsasında qurmuşdur. Yerin təkindən istifadəyə, həmçinin dağ-mədən fəaliyyəti ilə bağlı qüvvədə olan qanunvericilik aktlarına görə fiziki və ya hüquqi şəxslər bu cür fəaliyyətlə yalnız lisenziya əsasında məşğul ola bilərlər. Yer təki istifadəçilərinin lisenziyaya (xüsusi razılığa) əsasən istifadələrinə verilən yer təkinin hüdudları ilə “Dağ-mədən ayırması” aktı ilə müəyyən olunur. Şəxs MMC müvafiq lisenziya və həmin lisenziyanın qüvvədə olma müddəti ərzində qüvvədə olan “Dağ-mədən ayırması” Aktına əsasən yerin təkindən istifadə etmişdir və onun hərəkətlərində hər hansi bir pozuntu, o cümlədən inzibati xəta mövcud deyildir, məhkəmə inzibati xəta haqqında akt və protokol tərtib etmiş inzibati orqanın hərəkətlərinə düzgün hüquqi qiymət verməmiş və həmin orqan tərəfindən inzibati xətalar haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını nəzərə almamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 X1 və Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən Şəxs MMC-yə məxsus Şahqaya əhəngdaşı yatağında mövcud olan karxana sahəsinə dağ-mədən fəaliyyətinin yoxlanılması 10 dekabr 2020-ci il tarixində həyata keçirilmişdir və həmin tarixdə müvafiq akt tərtib olunmuşdur. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol isə 01 aprel 2021-ci il tarixində tərtib edilmişdir. Lakin iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol inzibati xəta hadisəsinin baş verməsinin aşkar edilməsindən 3 ay 20 gün sonra tərtib edilmişdir və bununla da Məcəllənin yuxarıda göstərilən normaları kobud şəkildə pozulmuşdur. İnzibati xəta haqqındä materialı təqdim etmiş qurum tərəfindən Şəxs MMC-yə məxsus karxana sahəsində dağ-mədən fəaliyyətinin yoxlanılması ilə bağlı fəaliyyəti sahibkarlıq subyektlərində aparılan yoxlamaların qaydalarını müəyyən edən qanunvericilik normalarına zidd olmuşdur və buna görə bu yoxlamaların nəticələrinin heç bir hüquqi qüvvəsi yoxdur. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə "TÜRK ELLİ” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, yuxarıda qeyd olunan inzibati xəta hadisəsi 10 dekabr 2020-ci il tarixdə baş vermiş və həmin işə mahiyyəti üzrə Qaradağ rayon Məhkəməsində baxılaraq 19 aprel 2021-ci il tarixdə qərar qəbul edilmişdir. Göründüyü kimi inzibati xəta hadisəsi törədildikdən 04 (dörd) ay 09 (doqquz) gün sonra qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi “Lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə” mülkiyyət əleyhinə olan inzibati xətalar kateqoriyasına aiddir. Göründüyü kimi qeyd olunan inzibati işlər üzrə tənbeh tədbirinin tətbiq edilməsi inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 228ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar