Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-506/2023 12.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, «Holcim (Azərbaycan)» ASC-nin İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən «Holcim (Azərbaycan)» ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 13 mart 2023-cü il tarixli, 00100-00691/23 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin “Gömrük prosedurları və ödənişləri” şöbəsindən daxil olmuş 34/012/004633 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən "HOLCİM (AZƏRBAYCAN)" ASC-nin(VÖEN:**********) ünvanına 27R7481/27C0431 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********9139 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan yükün mal müşayiət sənədlərində və əvvəlcədən tərtib olunmuş **********9071 sorğu nömrəli qısa idxal bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin dövlət nömrə nişanlı fərqli (27AF334/27C0431) göstərilmişdir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, “İpək yolu” gömrük postunda xx.xx.2023-cü il tarixli **********9139 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 27R7481/27C0431 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 22:14 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********9139 sorğu nömrəli gömrük bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 27R7481/27C0431 qeyd edilmişdir, lakin xx.xx.2023-cü il tarixli **********9071 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında həmin qısa idxal bəyannaməsinə qoşulan sənədlərə uyğun olaraq nəqliyyat vasitəsinin nömrəsi 27AF334/27C0431 qeyd edilmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı "HOLCİM (AZƏRBAYCAN)" ASC-nin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialında gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyirəm, "HOLCİM (AZƏRBAYCAN)" ASC-nin etibarnamə üzrə nümayəndəsiyəm, şirkətin gömrük məsələləri mənə həvalə edilib, qeyd edim ki, "HOLCİM (AZƏRBAYCAN)" ASC-nin ünvanına gələn yüklərə dair bəyannamələrin tərtib edilməsi AZE-SERV_AZ-0551-2022 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə və onun 1 nömrəli xx.xx.2023-cü il tarixli əlavəsi əsasında "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına tapşırılmışdır, işin mahiyyəti üzrə bildirirəm ki, xx.xx.2023-cü il tarixdə saat 22:14 radələrində "HOLCİM (AZƏRBAYCAN)" ASC-nin ünvanına “kərpic” yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda keçməklə daxil olmuşdur. Həmin yüklər Bakı Baş Gömrük İdarəsində **********9139 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Əlavə olaraq bildirim ki, **********9139 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair **********9071 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixdə saat 22:28 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir, qeyd edim ki, nəqliyyat şirkəti nəqliyyat vasitəsinin dəyişilməsi barədə "HOLCİM (AZƏRBAYCAN)" ASC-yə gec məlumat vermişdir, onlar da öz növbəsində broker şirkətinə, yəni "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına gec məlumat vermişdir. "HOLCİM (AZƏRBAYCAN)" ASC Gömrük qanunvericiliyinin pozulduğunu etiraf edir və qanunvericilikdə nəzərədə tutulmuş məsuliyyəti daşımağa hazırdır. Belə ki, Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postundan daxil olmuş raporta əsasən "HOLCİM (AZƏRBAYCAN)" ASC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Nəticədə "HOLCİM (AZƏRBAYCAN)" ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/004633 saylı xx.xx.2023-cü il tarixli raport, **********9139 sorğu nömrəli Gömrük bəyannaməsi, **********9071 sorğu nömrəli qısa idxal bəyannaməsi, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışlar, "HOLCİM (AZƏRBAYCAN)" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 izahatı və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs «Holcim (Azərbaycan)» ASC və Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə hüquqi şəxs «Holcim (Azərbaycan)» ASC və Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, «Holcim (Azərbaycan)» ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Salyan şossesi ünvanında qeydiyyatda olan «Holcim (Azərbaycan)» ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-506/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-506/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver